AİLƏ VƏ QADIN PROBLEMLƏRİNƏ DAİR MİLLİ FƏALİYYƏTPLANININ HAZIRLANMASI ÜZRƏ MÜZAKİRƏLƏR KEÇİRİLİB
Komitənin sədri Hicran Hüseynova Milli Fəaliyyət Planının (MFP) ilkin variantının qısa müddətdə tərtib olunduğunu bildirmiş, bu sənədin BMT-nin Qadınlar üçün İnkişaf Fondu (YUNİFEM) və Azərbaycan Hökuməti arasında imzalanmış anlaşma məktubuna əsasən hazırlandığını diqqətə çarpdırmışdır. Komitə sədri demişdir ki, MFP ölkəmizin həyatının bugünkü reallıqlarını özündə əks etdirir. Planda əksini tapan əksər məsələlərin komitənin fəaliyyəti ilə bağlı olduğunu qeyd edən H.Hüseynova demişdir ki, yoxsulluğun azaldılmasına kömək etmək, demoqrafiya, səhiyyə, təhsil sahələri diqqət mərkəzində saxlayacağımız əsas məsələlərdir.
Nazirlər Kabinetinin şöbə müdiri, MFP-nin hazırlanması üzrə baş ekspert Rəna İbrahimbəyova ailə və qadın problemlərinə dair ilkin sənəd barədə ətraflı məlumat vermiş, bu planın Azərbaycan Respublikasının Konstitutsiyasına və beynəlxalq müqavilələrə əsaslandığını bildirmişdir.
Toplantıda MFP-nin layihəsi üzrə müzakirələr aparılmış, müvafiq təkliflər verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:57]
Azərbaycan və Şri-Lanka siyasi dialoqu gücləndirir
- 16.10.2026 [11:30]
Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
- 16.10.2026 [11:07]