“Aimchess Rapid”: Şəhriyar Məmmədyarov finalda polşalı şahmatçı ilə qarşılaşacaq
Bakı, 20 oktyabr, AZƏRTAC
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirinin final mərhələsində mübarizə aparacaq.
AZƏRTAC xəbər verir ki, qrosmeyster həlledici mərhələdə yarımfinalda norveçli dünya çempionu Maqnus Karlseni məğlub edən polşalı Yan Kşiştof-Duda ilə qarşılaşacaq.
Qeyd edək ki, şahmatçımız Riçard Rapportu (Macarıstan) məğlub etməklə finala yüksəlib.
Turnirin ümumi mükafat fondu 150 min dollardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [22:55]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:41]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [21:16]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]