ELM VƏ TƏHSİL
Akademik: Qərbi Azərbaycana Qayıdış sülhsevər bir konsepsiyadır
Bakı, 30 dekabr, AZƏRTAC
Ölkə rəhbərinin Qərbi Azərbaycana Qayıdış Konsepsiyası sülhsevər bir konsepsiyadır və Azərbaycanın iddiası yalnız mədəni iddiadır.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, bunu Rəyasət Heyətinin növbəti iclasında akademik Rasim Əliquliyev söyləyib.
Akademik Rasim Əliquliyev bildirib ki, Qərbi Azərbaycanda tarixən bizə məxsus mədəniyyət nümunələri, tarixi abidələr, müqəddəs yerlər, qəbirlər dağıdılıb və onların bərpası istiqamətində elmin üzərində böyük vəzifələr dayanır.
Qeyd edək ki, Rəyasət Heyətinin növbəti iclasında Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının təsis edilməsi ilə əlaqədar nitqindən irəli gələrək AMEA-nın vəzifələri müzakirə olunub.