Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aksizli məhsullar bazarında yeni imkanlar və perspektivlər

Aksizli məhsullar bazarında yeni imkanlar və perspektivlər

Bakı, 24 avqust, AZƏRTAC

Azərbaycan iqtisadiyyatı son illər yeni çağırışlar üzrə formalaşıb. Kölgə iqtisadiyyatının qarşısının alınması, şəffaflaşma və ağarma müxtəlif sektorlar üzrə inkişafı təmin edib. Bu istiqamətdə görülən işlər spirtli içkilər və tütün bazarına da təsir edib.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, spirtli içkilər bazarı uzun müddət ikili mühasibatlıq, gəlirlərin gizlədilməsi və uçotdan yayınma hallarının ən geniş yayıldığı sahə olub. 2018-ci ildən etibarən sahibkarlıq subyektlərinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən fəaliyyətinin şəffaflaşdırılmasına yönələn çağırışlar, maarifləndirmə, nəzarət tədbirlərinin gücləndirilməsi və bazarın tənzimlənməsi üçün sivil alətlərin tətbiqi burada əsaslı dəyişikliklər yaradıb. Hazırda bu bazar iqtisadi çağırışların təmin olunmasına adekvat cavab verən sahəyə çevrilir və kölgədən işığa doğru əsaslı sürətdə dəyişir.

Məlumata əsasən, Dövlət Vergi Xidməti tərəfindən aksizli malların istehsalı və dövriyyəsi sahəsində həyata keçirilən tədbirlər nəticəsində bu sektor üzrə vergi daxilolmalarında yüksək artım dinamikası müşahidə olunur. Alkoqollu içki, tütün məmulatlarının istehsalı və idxalı ilə məşğul olan vergiödəyicilərinin ümumi vergi ödənişləri 2017-ci ildə 126,6 milyon manat, 2018-ci ildə 179,7 milyon manat, 2019-cu ildə 338,5 milyon manat, cari ilin 6 ayı ərzində isə 278,4 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə ödəmələr üzrə 166,3 milyon manat, faiz nisbəti ilə isə 148 faiz artımın olduğu deməkdir.

Müqayisə üçün təkcə aksiz vergisi üzrə daxilolmalar 2017-ci ildə 22,4 milyon manat, 2018-ci ildə 48,4 milyon manat, 2019-cu ildə 197,4 milyon manat, cari ilin 6 ayında isə 164,3 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 105,9 milyon manat, faiz nisbəti ilə isə 181 faiz artımın olduğu deməkdir.

Vergiödəyicilərinin istehsal etdiyi məhsulların həcmi üzrə də bu artımı aydın şəkildə görmək mümkündür. 2020-ci ilin altı ayı üzrə təhlillər onu göstərir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə tütün məhsullarının istehsalı 48,5 faiz, pivə istehsalı 4,2 faiz artıb. Müvafiq olaraq qeyd edilən məhsullar üzrə digər vergilərlə yanaşı aksiz vergisi üzrə də ödənişlər artıb.

Pandemiya dövründə ictimai-iaşə obyektlərinin bağlı olmasına baxmayaraq, istehsal edilmiş pivənin həcmi ötən dövrlə müqayisədə 1 milyon 4 min litr çox olub. Pivə istehsalçıları tərəfindən məhsullar iri ticarət şəbəkələrində hazır qablaşdırılmış məhsullarla yanaşı süzülmə üsulu ilə də istehlakçılara təqdim edilməsi nəticəsində mümkün olub.

Azərbaycanda yeni iqtisadi siyasətin əsas istiqamətlərindən biri idxaldan asılılığın azaldılması və yerli istehsalın artırılmasıdır. Tütün və spirtli içki istehsalı üzrə bu istiqamətdə də əhəmiyyətli irəliləyişlər var. Bu sahədə yerli istehsal müəssisələrinin fəaliyyət göstərməsi yaxşı nəticələr verib. Belə ki, 2018-ci ildən Sumqayıt Kimya Sənaye Parkında “Tabaterra” QSC tütün məmulatları istehsalı fabriki işə başlayıb. 14 milyard ədəd siqaret həcmində ümumi illik istehsal gücünə malik fabrikin 8 istehsal xətti var və hazırda burada 74 növ siqaret istehsal edilir.

İstehsalın artması idxal məhsullarına tələbatı azaldıb. Üstəlik yerli istehsal sahələrinin inkişafı daxili resurslardan səmərəli istifadəyə də şərait yaradır. Bu isə sahibkarlara yeni investisiya imkanlarından yararlanmaq üçün geniş potensial yaradır.

Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin yüksəldilməsi çərçivəsində qeyri-neft sektorunun inkişafı əsas iqtisadi prioritetlərdəndir. Azərbaycanda yerli istehsalçı şirkətlər tərəfindən ötən ildən pivə istehsalatı üçün xammalın lokallaşdırılmasına məqsədlənən pivə arpasının becərilməsi üzrə pilot layihəyə start verilib.

Ötən il Şəmkir rayonunda, 8,4 hektar ərazidə payızlıq arpa növlərinin seleksiyasında dünya üzrə məşhur şirkətlərdən birinin tədarük etdiyi pivə arpasının 4 növünün sınaq əkini həyata keçirilib. Test əkininin əsas məqsədi yerli şərtlərdə sınaqların keçirilməsi yolu ilə bu növlərin potensial məhsuldarlığı, pivə istehsalı məqsədləri üçün yararlılığı baxımından keyfiyyət göstəricilərinin uyğunluğunun təyin olunmasından ibarətdir. Pivəlik arpa yığımı bu il baş tutub və nümunələr pivə istehsalı standartlarına uyğunluğunun təyin olunması üçün laboratoriyalara göndərilib. Laboratoriyada əldə edilən ilkin nəticələrə görə, arpa növlərindən 2-si Azərbaycanın iqlim şəraitində yüksək məhsuldarlıq verib və onların yararlı olması təsdiqlənib. Hazırda Azərbaycanın əlverişli coğrafi mövqeyinə əsaslanaraq yerli və idxal edilmiş pivə arpasının ölkəmizdə emal edilərək Yaxın Şərq və Orta Asiyaya çatdırılması üçün emal zavodunun tikilməsi dəyərləndirilir.

Biznes üçün yaradılmış əlverişli şərait, yerli istehsala yönələn layihələrin reallaşdırılması emal müəssisələrinin xammala olan tələbatının daxili istehsal hesabına ödənilməsinə, bölgələrin aqrar-sənaye potensialının artırılmasına, xüsusilə regionlarda yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına mühüm töhfə verəcək.

Bu isə kənd təsərrüfatının imkanlarından səmərəli istifadə, yerli məhsulların rəqabət qabiliyyətlinin artırılması, məşğulluğun təmin edilməsi və nəticədə iqtisadi aktivliyin genişlənməsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaponiyada tayfun nəticəsində 9 nəfər ölüb

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İranın Qeşm adası yaxınlığında partlayış olub, ölənlər var

Cənubi Koreya Prezidenti KXDR-nin nüvə proqramının dondurulmasını təklif edib

“Bild”: Almaniyada DHL mərkəzində civə izləri olan bağlamalar aşkarlanıb

Azərbaycana payız gəldi

İran ABŞ ilə yalnız öz şərtləri əsasında danışıqlar aparacaq

ABŞ qüvvələri Qrenlandiyanın hava məkanına və ərazi sularına sərbəst giriş əldə edəcək

Azərbaycan qazının Bolqarıstana tədarükünün genişləndirilməsi müzakirə olunub

Almaniyada ABŞ-yə məxsus F-16 qırıcısı qəzaya uğrayıb

Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilib

Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb

Azərbaycan və Sinqapur arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

Azərbaycan və Kolumbiya arasında viza tələbinin qarşılıqlı ləğvi barədə saziş imzalanıb

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb

Azərbaycan və Banqladeş arasında viza tələblərinin aradan qaldırılması haqqında saziş imzalanıb

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb

Azərbaycan və İran XİN rəhbərləri regional prosesləri müzakirə ediblər

Tramp: ABŞ Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi imkanlarını araşdırır

Şəki və Qaxda antiterror əməliyyatı zamanı şəhid olanların xatirəsi anılıb

Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər

Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər

Tramp Marko Rubionu rəsmi olaraq milli təhlükəsizlik müşaviri vəzifəsinə təsdiqləyib

Naxçıvanda avtomobil piyadaları vurub

ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi

Azərbaycan və Çex Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

Nazir müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra tədbirdə iştirak edib

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb

Azərbaycan-İsveçrə münasibətlərinin perspektivləri müzakirə edilib

“Qarabağın paleolit abidələri müasir tədqiqatlarda” mövzusunda məruzə dinlənilib

Tədqiqatçı: Alban kilsə tikililərində belə yazılara rast gəlinmir

Babək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq

Azərbaycan və Cibuti xarici işlər nazirləri Nyu-Yorkda müzakirələr aparıb

Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinə bilet alanlara müraciət olunub

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Azərbaycan millisinin futbolçusu: Tacikistanla oyuna ciddi hazırlaşmışıq

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq

UNEC-də 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib

Donald Tramp Danimarka və Qrenlandiya rəhbərləri ilə təhlükəsizlik sazişi imzalayıb

Bu saata olan əsas xəbərlər  

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Bakıda yerləşən ali təhsil müəssisələrində bu həftə tədris distant təşkil olunacaq

Cavad Cavadlının 100 illiyinə həsr edilmiş kitabın təqdimatı olub

“Yeni qala” konsert kompleksinin açılışı olub

Ayxan Abbasov: Bu hazırlığımızı qarşıdakı üç oyun üzərində quracağıq

BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var

Antonio Quterreş Yaxın Şərqdə atəşkəsə və humanitar yardımları bərpa etməyə çağırıb

Tramp Beynəlxalq Cinayət Məhkəməsinə üzv ölkələri qurumdan rəsmən çıxmağa çağırıb

Voleybol üzrə Azərbaycan çempionatlarının təqribi start tarixi bəlli olub

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

Doğma yurda qayıdan Kərkicahan sakini: Bu gün bizim ən xoş günümüzdür

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri dayandırılır

Kişi qiyafəsinə girərək məşq edən əfqanıstanlı velosipedçi qadın Asiya Oyunlarında medal qazanıb

Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir

Donald Tramp: Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam

Fərid Hüseyn: Nizami Gəncəvi və Seyid Yəhya Bakuvi irsi hər nəsil üçün yeni düşüncə imkanları yaradır

ABŞ Prezidenti: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında iştirak edib

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq

Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür

Azərbaycan XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Müşavirə dağ-mədən və metallurgiya sektoruna dövlət dəstəyinin artırılmasına imkan verəcək - ŞƏRH

Minsk qrupunun sonunu gətirən “silah” – TƏHLİL

Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

BMT-nin Baş katibi: Afrikanın daimi təmsil olunmadığı Təhlükəsizlik Şurası ədalətsizdir

Quterreş: Şəbəkələşmiş gələcəyin qurulması super dövlətlərin müəyyən hədlərin mövcudluğunu qəbul etməsi ilə başlayır

IMO nümayəndəsi: Mülki gəmilərə hücumlar səbəbindən Qara dənizdə gəmiçilik demək olar dayanıb

Regionların inkişafı davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir - ŞƏRH

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı təhsil sistemi üçün yeni kadr gündəliyi formalaşdırır – ŞƏRH

Bir zamanlar ekranda heyranlıqla izlədiyi döyüşçülər kimi oldu - 19 yaşlı şəhid Seymur Əzizalıyev

® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?

Tacikistan yığmasının baş məşqçisi: Bizi Azərbaycan millisi ilə maraqlı oyun gözləyir

Azərbaycan və Malayziya mərkəzi bankları mühasibat uçotu təcrübələrini bölüşüb

Azərbaycan ilə Almaniya enerji əməkdaşlığının genişləndirilməsini dəyərləndirib

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Süni intellekt müəllimin köməkçisi ola bilərmi?

Qafqaz Albaniyasının xristian irsi Azərbaycanın qədim dövlətçilik tarixinin ayrılmaz hissəsidir ŞƏRH

“ADEX-2026” sərgisində iştirak edəcək ölkələrin və şirkətlərin sayı artıb

III Beynəlxalq Opera Festivalı çərçivəsində konsertlər davam edir

Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın genişləndirilməsi imkanları araşdırılır

Moldova hökuməti Dnestr çayının dayazlaşması ilə əlaqədar fövqəladə vəziyyətin tətbiqini təsdiqləyib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb

BMT ekspertləri süni intellekt üzərində nəzarətin itirilməsi barədə xəbərdarlıq ediblər

Deputat: Azərbaycana qarşı aparılan kampaniyanın dirijoru Ermənistan hakimiyyətidir

“Mançester Yunayted”in sabiq futbolçusu Rusiya klubları ilə danışıqlar aparır

Böyük Zəfərin əbədi qəhrəmanları - Ədəbiyyat Muzeyində elmi seminar

AXA sədri Ağcabədidə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO

Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO