Azərbaycan Dövlət İnformasiya Agentliyi

...Ala gözlüm, səndən ayrı gecələr...
Xalq Şairi Nigar Rəfibəylinin anadan olmasından 101 il ötür

...Ala gözlüm, səndən ayrı gecələr...Xalq Şairi Nigar Rəfibəylinin anadan olmasından 101 il ötür

Bakı, 28 iyun (AZƏRTAC). Ədəbiyyatımızda ondan əvvəl də, ondan sonra da qadın şairələrimiz olub və bundan sonra da olacaqdır. Amma bu istedadlıların sırasında Nigar Rəfibəylinin adı ilk çəkilənlərdəndir.

Azərbaycan ədəbiyyatında qadın şairlərimizin sırasında onun öz yeri, öz dəsti-xətti vardır. Nigar Rəfibəylinin şeirlərini oxuyanda qeyri-ixtiyari onun müəllifinin məhz xanım olduğu açıq-aşkar duyulur. Çünki bu şeirlərin ahənginə elə bir zəriflik, həssaslıq, həzinlik hopmuşdur ki, istər-istəməz bu ipək ovqatlı misraların ürək döyüntüsündə məhz qadın məhəbbətinin, həsrətinin göynərtiləri hiss edilir.

İyunun 29-da anadan olmasının 101 iliyini qeyd edəcəyimiz Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq Şairi Nigar Rəfibəylinin poeziyası qəlbə yatımlılığı, insanı düşündürməsi, kövrəkliyi və məğrurluğu ilə bütün zamanlarda ölməzdir.

Onun şeirləri ahəngi, lirikası, üslubu, rəngarəngliyi ilə elə ilk baxışdan diqqəti cəlb edir. Oxuduqca bir daha əmin olursan ki, bu incədən-incə, saf, təmiz misralar içdən, qəlbdən gəlir.

Nigar Rəfibəyli Gəncə şəhərində cərrah-həkim ailəsində anadan olmuşdur. Atası Xudadat bəy Rəfibəyov əsrimizin əvvəllərində Avropada oxumuş ziyalılarımızdan biri, ilk ali təhsilli azərbaycanlı cərrah idi. O, Azərbaycanın ilk milli hökumətində, Xalq Cümhuriyyətində nazir vəzifəsini tutmuş, sonra repressiya qurbanı olmuşdur.

Nigar Rəfibəyli repressiya illərində bəy qızı olması ilə bağlı min cür əzab və əziyyətlə üzləşmişdir. Onun qohum-qardaşlarını “xalq düşməni” damğası ilə qətlə yetirmişlər. O şanlı nəsildən yadigar qalan Nigar Rəfibəyli bu ədalətsiz münasibətin acığına bütün ömrü boyu ləyaqətlə yaşamışdır. Quruluşun, zamanın, ayrı-ayrı nadanların haqsızlıqlarını torpağın, millətin ayağına yazmayaraq vaxtdan ucada dayanmışdır. Əksinə, çəkdiyi əzabların müqabilində öz məğrurluğunu saxlayaraq varlığı ilə bağlı olduğu torpağa, Vətənə övlad borcunu yerinə yetirə bilmişdir.

Nigar Rəfibəyli mənsub olduğu nəslin və xalqın ən dəyərli, unudulmaz sənətkarlarından birinə çevrilmişdir. Elə bunun nəticəsidir ki, ötən il ölkəmizin hər yerində Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq Azərbaycan ədəbiyyatının inkişafına böyük töhfələr vermiş Xalq Şairi Nigar Rəfibəylinin 100 illik yubileyi əsl poeziya bayramı kimi qeyd olunmuşdur.

Azərbaycan milli ədəbiyyatını zərif lirikanın dəyərli nümunələri ilə zənginləşdirən Nigar Rəfibəylinin yaradıcılıq qayəsinin əsasını Vətənə bağlılıq, insanın mənəvi ucalığı təşkil edir. Nigar Rəfibəyli Azərbaycan ədəbiyyatında öz səsi, sözü olan şairədir. Onun özünəməxsus deyim və ifadə tərzi vardır. Şairənin poeziyası insanların qəlbinə yol tapan kövrək, lakin davamlı, oxucusunu uzun müddət təsir altında saxlamağı bacaran bir poeziyadır. Nigar Rəfibəylinin həyatının yarım əsrini həsr etdiyi, sevə-sevə yazıb-yaratdığı və sevilə-sevilə oxunan şeirlər külliyyatı Vətən torpağının gözəlliyinə - gülünə, çiçəyinə, dənizinə, bağına, meşəsinə, fəsillərin özünəməxsus çalarlarına, dünyamızda baş verən fərəhli və nisgilli hadisələrə, ən başlıcası, insanlara, onların taleyinə, mənəvi aləminə həsr olunmuşdur. Bütün bunlar kövrək qəlbli şairənin hissini, düşüncəsini ehtizaza gətirmiş, gördüklərini şeirə çevirmişdir.

Ədibin “Çadra” adlı ilk şeiri 1928-ci ildə “Dan ulduzu” jurnalında dərc edilmişdir. 1934-cü ildə nəşr olunan ilk şeirlər kitabı Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edir. Nigar Rəfibəyli təbiət mənzərələri, mənəvi zənginlik, vətənpərvərlik, sülh, demokratiya, azadlıq ideyaları tərənnüm olunan “Dənizin səsi gəlir”, “İşıqlı dünyam”, “Günəşdən gənclik istədim”, “Həzin bir axşamda düşsən yadıma”, “Şanlı nəsillərin yadigarısan” müharibə mövzusuna və müharibə əleyhinə həsr olunan “Zəfər nəğməsi”, “Anaların səsi”, uşaqlar üçün yazdığı “Balaca qəhrəman”, “Günəşin cavabı”, “Məstanın balaları”, “Bizə bahar yaraşır” kitabları ilə ədəbiyyatımızı zənginləşdirmişdir.

Görkəmli ədib Nigar Rəfibəyli Azərbaycan ədəbiyyatında şairə, tərcüməçi, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi, Xalq Şairi kimi pozulmaz iz qoymuşdur.

Azərbaycanla bağlı müxtəlif mövzularda yazıb-yaradan Nigar xanım dünya xalqlarının da həyatından, faciəli məqamlarından bəhs edən şeirlər qələmə almışdır.

Daim ciddi yaradıcılıq axtarışları ilə məşğul olan Nigar Rəfibəyli 1937-1939-cu illərdə “Uşaqgəncnəşr”in bədii ədəbiyyat şöbəsində redaktor vəzifəsində çalışmışdır. 1940-cı ildən ömrünün sonunadək bütün qüvvəsini yaradıcılıq işinə həsr edərək qardaş xalqların ədəbiyyatından nümunələri dilimizə çevirməklə milli mədəniyyət xəzinəmizi zənginləşdirmişdir.

Nigar Rəfibəylinin yaradıcılığı bir neçə cəhətdən maraqlıdır. Hər şeydən əvvəl isə o, gözəl nəğmələrin, heç zaman unudulmayan, həmişə təzə-tər səslənən mahnıların müəllifidir. Azərbaycanın çox görkəmli bəstəkarları - Niyazi, Fikrət Əmirov, Səid Rüstəmov, Cahangir Cahangirov, Tofiq Quliyev, Süleyman Ələsgərov, Emin Sabitoğlu, Polad Bülbüloğlu, Vasif Adıgözəlov, Telman Hacıyev, Sevda İbrahimova və başqaları şairənin biri-birindən həzin, lirik şeirlərinə müraciət etmişlər. Məlahətli səsləri ilə dinləyici qəlbini fəth edən müğənnilərimiz Nigar Rəfibəylinin sözlərinə bəstələnmiş mahnıları böyük şövq və məhəbbətlə, məharətlə səsləndirmişlər. Unudulmaz Bülbüldən, Rəşid Behbudovdan başlamış Zeynəb Xanlarovayadək olan məşhur müğənnilərin əksəriyyəti Nigar Rəfibəyli şeirlərinə ikinci ömür vermişlər.

Tədqiqatçılar Nigar Rəfibəylinin həmişə şairliyi ilə şəxsiyyətinin qoşa dayandığını bildirirlər. Qəlbi həyata, insanlara sevgi ilə dolu olan Nigar Rəfibəyli həmişə saf duyğuların, böyük arzuların daşıyıcısı olmuşdur. Onun ayrı-ayrı şeirləri sanki böyük bir insanın rəsminin cizgiləridir. Bu cizgilər - bu misralar bir-birinə qovuşaraq gözümüzün önündə ustad bir sənətkarın portretini yaradır.

Orijinal yaradıcılıq imkanlarına malik olan Nigar Rəfibəylinin şeirləri Azərbaycan ədəbiyyatında özünəməxsusluğu ilə seçilir. Onun poeziyasında insana məhəbbət anlayışı genişdir. Əsl humanist şairlər kimi, Nigar Rəfibəyli də bütün əməksevər, sülhsevər insanları sevir, onları xoşbəxt görmək istəyirdi.

Nigar Rəfibəyli Azərbaycanın şair qadınları arasında öz zərif duyğusu və intellektual səviyyəsi ilə seçilmişdir. Onun şeirlərində Azərbaycan qadınlarının sevgi və zəhmət dünyası, ağrı və acıları bütün əlvanlığı ilə qələmə alınmışdır. Nədən yazmasından asılı olmayaraq, Nigar Rəfibəylinin poeziyasında daim müraciət olunan bir mövzu həmişə diqqət çəkmişdir. Bu, ana məhəbbəti, qadın səadəti, övlad sevgisidir. Nigar Rəfibəyli yaradıcılığında ana mövzusunun xüsusi yeri vardır. Övlad, ana məhəbbəti, onun şeirində Tanrı zirvəsinə qalxa biləcək bir dünyadır:

 

Döyür pəncərəmi bir acı ruzigar,

Bayırda bu axşam yenə boran var.

Bürüyüb qəlbimi coşqun arzular,

Çəkilib gözümün yuxusu, ana.

 

Nigar Rəfibəylinin yaradıcılığı incə və saf duyğulardan ibarətdir. Onun ən kədərli şerində belə ümidli günəşin şəfəqləri duyulur. Misraların ahəngində dan yerinin ağardığını görürsən. Bu şeirlərin ahəngində qəribə bir zəriflik vardır. Nigar Rəfibəylinin lirikası geniş, vüsətli bir lirikadır. Onun palitrasındakı rənglər yalnız məhəbbətin tərənnümü, hicran yanğısının təsviri üçün deyil. Bu rənglər həyatın daha əlvan hadisələrinin inikası üçün, ictimai həyatda, insanlar arasındakı münasibətlərdə yol verilən haqsızlıqların ifadəsi, köməksizlərin müdafiəsi, ahəngdarlığın qorunması üçündür.

Gözəl insan, unudulmaz şairəmiz Nigar xanım Rəfibəyli 1981-ci il iyulun 10-da Bakıda vəfat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur. Hazırda Bakı küçələrindən biri onun adını daşıyır.

Nigar Rəfibəylinin həyat və yaradıcılığı, onun həzin hisslər və incə duyğular tərənnüm edən poeziyası bütün həyatı boyu böyük şair, ictimai xadim Rəsul Rzanın həyat və yaradıcılığı ilə, necə deyərlər, qoşa addımlamışdır. O, özünün vəfalı ömür-gün yoldaşı - Azərbaycanın böyük şairi Rəsul Rza ilə birlikdə ədəbiyyatımızın yüksəlməsində xüsusi rol oynamışdır.

Yer üzündə bir-biri üçün yaranıb, biri-birini dəlicəsinə sevənlərin sırasında Nigar Rəfibəyli ilə Rəsul Rzanın öz yeri, öz görüntüsü var. Hər iki sənətkarın ömür tarixçəsinə qızıl hərflərlə yazılmış və milyonlara örnək ola biləcək bu sevgi dastanının təsiri zaman keçdikcə azalmır, əksinə günbəgün artır. Bu ülvi, pak, böyük inam və etibardan doğan sevgidən yaranmış şeirlərin sayı isə yetərincədir. Yersiz təqiblərlə, təzyiqlərlə üzləşdikləri ən çətin günlərdə bir-birlərinə dayaq olan bu iki söz nəhəngi heç zaman sınmamış, əksinə çətinliklərdə daha da bərkiyərək, bir yerdə alınmaz qalaya çevrilmişlər. Nigar Rəsula, Rəsul da öz növbəsində xanımı Nigara çoxlu şeirlər həsr etmişdir. Bu dəyərli poetik nümunələr sırasında Nigar Rəfibəylinin Rəsul Rzaya yazdığı bu şeir elə yarandığı ilk gündən həzin musiqiyə çevrilərək hamının qəlbinə yol tapmış və tez bir zamanda ürəkləri fəth etmişdir.

 

Ala gözlüm, səndən ayrı gecələr

Bir il kimi uzun olur neyləyim?

Bağçamızda qızılgüllər hər səhər

Tezdən açır vaxtsız solur neyləyim?

 

Nərgizlərin gözü yaşla dolanda

Bənövşələr baxıb qəmgin olanda

Qərənfilin gözü yolda qalanda

Yasəmənlər saçın yolur neyləyim?

Bu ailənin övladı, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar da öz əcdadlarının, anasının, atasının sənət yolunu davam etdirir və Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafına öz xidmətlərini göstərir. Bir ailənin üç üzvü Azərbaycanın sevilən-seçilən nümayəndəsinə çevrilmişdir. Bir ailədə üç xalq yazıçısı - Rəsul Rza, Nigar Rəfibəyli və Anar. Bu, əlbəttə, bir şəcərənin tarixi üçün böyük bir səltənətdir.

Bu yazını hazırlayarkən hörmətli yazıçımız Anarın “Sizsiz”ini bir daha xatırladım. Bu kitabda övladın ana və ataya qarşı tükənməz sevgisinin böyüklüyü, əlçatmazlığı bir daha göz önündə canlanır...

Abdulla Suvar

AZƏRTAC-ın müxbiri 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər