ALEN JUPE ƏTRAFINDA QALMAQAL
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, buna səbəb Parisin yaxınlığındakı Nanter şəhər məhkəməsinin Alen Jupeni 1988-1995-ci illərdə RPR-in baş katibi və 1983-1995-ci illərdə Paris şəhər merinin müavini işlədiyi dövrlərdə ölü canların adlarına maaş yazaraq həmin vəsaiti rəhbərlik etdiyi partiyanın hesabına köçürməkdə suçlandırması olmuşdur. Hətta məhkəmə A.Jupeni bir il səkkiz ay azadlıqdan və on il səs vermək hüququndan məhrum etmişdir. Məhkəmənin bu qərarı ölkənin siyasi dairələrində böyük əks-səda doğurmuşdur.
Hazırda hakimiyyətdə olan Sağlar Partiyasının sədri vəzifəsini daşıyan Alen Jupenin siyasət reytinqi çox yüksəkdir və o, fransız xalqının rəğbət bəslədiyi şəxslərdən biridir. Elə buna görə də Fransa ictimaiyyəti və kütləvi informasiya vasitələri onun məsələ barədə qərarını intizarla gözləyirdilər. Nəhayət, A.Jupe bu narahatçılığa son qoyaraq, ölkənin TF-1 kanalına verdiyi müsahibəsində öz qərarını açıqlamışdır. O, siyasət aləmini tərk etməyəcəyini bildirmişdir. Ölkə əhalisinin 62 faizi bu qərarı böyük razılıq hissi ilə qarşılamışdır.
Xatırladaq ki, müxtəlif vaxtlarda Alen Jupe Fransanın xarici işlər naziri və baş nazir vəzifələrində çalışmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]