Ali məktəb tələbələri arasında Riyaziyyat üzrə Respublika Olimpiadası keçiriləcək
Bakı, 11 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) və Təhsil İnstitutunun təşkilatçılığı ilə ali məktəb tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş Riyaziyyat üzrə Respublika Olimpiadası keçiriləcək.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, olimpiadanın mayın 25-dən 26-dək keçirilməsi nəzərdə tutulur.
Olimpiadanın keçirilməsində məqsəd Azərbaycan Respublikasında riyaziyyat sahəsində ixtisaslı mütəxəssislərin hazırlanmasının keyfiyyətini daha da yüksəltmək, istedadlı tələbələri aşkarlamaq və dəstəkləmək, onları elmi-tədqiqat fəaliyyətinə cəlb etmək, riyaziyyat elminə marağı artırmaq və tələbələr arasında riyazi bilikləri təbliğ etməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:07]
BDU-da Misir və Azərbaycan Mədəniyyət Günü təşkil olunub
- 09.06.2026 [14:28]