ALİ MƏKTƏBLƏRƏ SƏNƏD QƏBULU BAŞLANMIŞDIR
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, orta, orta ixtisas və ya peşə məktəbini əvvəlki illərdə bitirən abituriyentlər sənədlərini iyulun 5-dək hər gün (şənbə və bazar günləri də daxil olmaqla) saat 9-dan 18-dək aşağıdakı sənəd qəbulu komissiyalarına (SQK) təqdim etməlidirlər.
Bakı şəhərində Azərbaycan bölməsi üzrə: Azərbaycan Texniki Universiteti; Memarlıq və İnşaat Universiteti; Xəzər Universiteti; “Azərbaycan” Universiteti; “Odlar Yurdu" Universiteti; Biznes Universiteti.
Rus bölməsi üzrə: Bakı Slavyan Universiteti; Azərbaycan Dillər Universiteti.
Digər şəhərlərdə (hər iki bölmə üzrə): Naxçıvan şəhərində-Naxçıvan Dövlət Universiteti; Sumqayıtda-Sumqayıt Dövlət Universiteti; Gəncədə- Azərbaycan Kənd Təsərrüfatı Akademiyası; Mingəçevirdə-Mingəçevir Politexnik İnstitutu; Lənkəranda-Lənkəran Dövlət Universiteti.
Kənd rayonlarından olanlar sənədlərini yaşadıqları rayonların təhsil şöbələrində yaradılan SQK-ya verə bilərlər.