“Alibaba”nın təsisçisinin Azərbaycana səfəri gözlənilir
Bakı, 6 noyabr, AZƏRTAC
“Alibaba Group” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Cek Ma bu il dekabrın 5-8-də Bakıda keçiriləcək “BakuTel” Beynəlxalq telekommunikasiya sərgisinə gələ bilər.
Bu barədə Çinin IT bazarındakı mənbə məlumat yayıb.
Məlumata görə, bu barədə ilkin razılaşma bu ilin aprelində Cenevrədə keçirilmiş BMT ticarət və inkişaf konfransı zamanı əldə olunmuşdu.
Cek Manın Azərbaycana gözlənilən səfəri tanışlıq xarakteri daşıyacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]