ALİMİN ŞƏXSİ KİTABXANASINDAKI NADİR KİTABIN 220 YAŞI VARDIR
Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının botanika kafedrasının müdiri Zaur Hümbətovun şəxsi kitabxanasında qiymətli kitablar çoxdur. Lakin onların içərisində ən dəyərlisi üzlüyü ceyran dərisindən olan və 1784-cü ildə Almaniyada hazırlanmış kitabdır. Botanik və rəssamlar tərəfindən əl ilə işlənmiş kitabda Avropada yayılan 100-dən artıq dərman bitkisi haqqında alman və latın dillərində məlumat, papirus kağızında çəkilmiş şəkillər verilmişdir. Mütəxəssislərin dediyinə görə, bitkilərin şəkli onlardan alınan ekstraktdan hazırlanan təbii boyalarla çəkildiyindən rənglər öz təravətini itirməmişdir.
Professor Zaur Hümbətov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, bu kitabı tanıdığı bir alman ailəsi Gəncədən köçüb gedərkən ona hədiyyə etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]