Alimlər bu əsrdə okean cərəyanları sisteminin mümkün çökməsi barədə xəbərdarlıq ediblər
Bakı, 27 iyul, AZƏRTAC
Danimarkalı alimlər tərəfindən aparılan yeni araşdırmada iddia edilir ki, Atlantik okeanı boyunca şimal istiqamətində istilik daşıyan okean cərəyanları sistemi bu əsrdə çökə bilər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, araşdırmanın müəlliflərinin qənaətinə görə, Atlantik meridional çevrilmə dövranı artıq bir neçə onillik ərzində zəifləyir.
Bundan əvvəl alimlər xəbərdarlıq ediblər ki, bu sistemin tam çökməsi Avropada ekstremal havaya və ABŞ-da dəniz səviyyəsinin qalxmasına səbəb ola bilər.
Danimarkalı alimlər bildiriblər ki, sistemin çökməsi 2025-ci və 2095-ci illər arasında baş verə bilər.
Tədqiqatın gəldiyi nəticə İqlim məsələləri üzrə Hökumətlərarası ekspertlər qrupunun proqnozları ilə ziddiyyət təşkil edir. Ekspertlər qrupu bildirib ki, bu əsrdə belə bir ssenarinin olması ehtimalı azdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]