ALMANIN SOYULMASI BEYNİN FƏALİYYƏTİ ÜÇÜN FAYDALIDIR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Tokio Universiteti alimlərinin fikrincə, almanın bıçaqla soyulması beyinin fəaliyyəti üçün faydalıdır. Bu proses qanın baş beyinin alın hissəsinə axınını xeyli dərəcədə artırır və beləliklə, bütövlükdə, onun fəaliyyətinə müsbət təsir göstərir. Lakin onlar, eyni zamanda, bildirirlər ki, almanın müntəzəm olaraq bıçaqla soyulması beyinin müxtəlif xəstəliklərdən xilas edən vasitə deyildir.