ALMANİYA BUNDESTAQI İNSAN ALVERİ İLƏMÜBARİZƏYƏ DAİR QANUNLARI DAHA DA SƏRTLƏŞDİRİR
Müzakirələrdə çıxış edənlər yekdilliklə bildirmişlər ki, insan alveri və qadınların fahişəliyə, pornoqrafiya şoularına və film çəkilişlərinə məcburən cəlb edilərək satılması mütəşəkkil cinayətkarlığın ən ağır və bağışlanmaz tərkib hissəsidir. İnsan şəxsiyyətini və ləyaqətini alçaldan bu iyrənc cinayətə qarşı mübarizə daha da gücləndirilməli, “Federal Cinayət Prosessual Məcəlləsi” daha kəsərli olmalıdır. Bu təklif parlamentdə təmsil olunan bütün partiyaların təmsilçiləri tərəfindən yekdilliklə bəyənilmişdir.
Bundestaqın iclasında təşvişlə bildirilmişdir ki, hesablamalara görə, hazırda Avropa Birliyi məkanında 500 min qadın məcburi olaraq fahişəliyə və iyrənc pornoqrafiya - şou meydanlarına cəlb edilmişdir.