Almaniya iqlimin qorunması üçün Kolumbiyaya 200 milyon avro ayıracaq
Bakı, 17 iyun, AZƏRTAC
Almaniya Kolumbiyaya iqlimin qorunması üçün təxminən 200 milyon avro ayıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə cümə günü Almaniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Gələcəkdə Almaniya və Kolumbiya iqlimin qorunması sahəsində sıx əməkdaşlıq edəcəklər”, - deyə Almaniya Xarici İşlər Nazirliyindən bildirilib. Bu məqsədlə tərəflər arasında “İqlim və ədalətli enerji keçidi üçün tərəfdaşlıq” sənədi imzalanıb.
“Əsas məqsəd bərpaolunan enerjidən istifadənin genişləndirilməsi, ətraf mühitin və biomüxtəlifliyin qorunması və davamlı şəhər inkişafıdır. Bu münasibətlə iqtisadi əməkdaşlıq və inkişaf naziri Şulz Kolumbiyanın iqlim sahəsində milli məqsədlərinə nail olmaq üçün 200 milyon avroya qədər əlavə maliyyə dəstəyi vəd edir”, - deyə qeyd olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:33]
Çində robotlar arasında basketbol yarışı keçiriləcək
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]