ALMANİYA PAYTAXTI SAKİNLƏRİNİN TƏXMİNƏN YARIM MİLYONU ƏCNƏBİLƏRDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Almaniyanın paytaxtı Berlində mühacirlərin sayı artmaqda davam edir. Bu barədə Berlin Statistika İdarəsi rəsmi məlumat yaymışdır. Məlumatda bildirilir ki, 2005-ci il oktyabrın sonunda keçirilən siyahıyaalmanın nəticələrinə görə, hazırda Berlində 3 milyon 734 min nəfər yaşayır. Paytaxt əhalisinin 453 min 977 nəfəri mühacir qismində xarici pasportla qeydiyyatdan keçmişdir. Son bir ildə Berlin əhalisinin sayı qeydə alınan mühacirlər hesabına 9 min 352 nəfər (2,1 faiz) artmışdır.
Deyilənlərə görə, Almaniya paytaxtında əcnəbilərin siyahıya alınması xeyirxah məqsəd daşıyır. Siyahıyaalma nəticəsində əldə olunan statistik hesabat Berlinin mühacir əhalisinin sosial və iqtisadi vəziyyətini əyani şəkildə meydana çıxaracaq və dövlət bu istiqamətdə daha faydalı, məqsədyönlü fəaliyyət imkanı əldə edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:04]
Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]