ALMANİYA “YAXIN ŞƏRQ DÖRDLÜYÜ”NÜ SÜLHMƏRAMLI FƏALİYYƏTİNİ BƏRPA ETMƏYƏ ÇAĞIRMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri Almaniya Federal Mətbuat və İnformasiya İdarəsinin məlumatına istinadla xəbər verir ki, Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer “Yaxın Şərq dördlüyü”nün fəaliyyətinin bərpa olunması barədə təklif irəli sürmüşdür. “Beynəlxalq birlik Livanda barışığın, sülh və əmin-amanlığın bərqərar olunması ilə kifayətlənməməli, Yaxın Şərqdə indiyədək həllini gözləyən dondurulmuş digər münaqişə və qarşıdurmaların yoluna qoyulması işində əvvəlki missiyasını yenidən davam etdirməlidir”, - deyə Ştaynmayer Nyu Yorkda BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələrin və İtaliyanın xarici işlər nazirləri ilə görüşündə bəyan etmişdir.
Xatırladaq ki, “Yaxın Şərq dördlüyü”nə BMT, Avropa İttifaqı, ABŞ və Rusiya daxildir. Dördlüyün başlıca vəzifəsi İsrail və Fələstin arasında mövcud münaqişənin həlli yollarını araşdırmaqdan ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [15:12]