ALMANİYADA 14,8 MİLYARD ALMAN MARKASI QANUNİ DÖVRİYYƏDƏDİR
Məlumatda bildirildiyi kimi, FORCA institutunun Almaniya əhalisi arasında apardığı sorğunun nəticələrinə görə, ölkə vətəndaşlarının yalnız 38 faizi avronun əmtəə-pul mübadiləsində üstünlüyünü qeyd etmişdir. Əhalinin 95 faizi avronun dövriyyəyə buraxıldıqdan sonra ölkəyə bahalıq və inflyasiya bəxş etməsindən şikayətlənmiş və ehtiyatda saxladıqları bərəkətli alman markasını avroya dəyişməyə tələsmədiyini bildirmişdir.
Xatırladaq ki, markanın avroya dəyişdirilməsi əməliyyatı könüllülük əsasında həyata keçirilir. Almaniya Federal Bankına, hökumətin qanunlarına əsasən, əhalidən keçmiş alman markasını, vətəndaşın arzusuna uyğun olaraq, tələb etdiyi məbləğdə istənilən vaxt geri alıb avroya dəyişmək səlahiyyəti verilmişdir.