Azərbaycan Dövlət İnformasiya Agentliyi

Almaniyada keçirilən tədbirlərdə Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinin vacibliyi vurğulanıb

Almaniyada keçirilən tədbirlərdə Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinin vacibliyi vurğulanıb

Bakı, 19 aprel, AZƏRTAC 

Xəbər verdiyimiz kimi, Almaniyanın Laynsvayler şəhərində bu ölkənin ATƏT-ə sədrliyi çərçivəsində ATƏT Parlament Assambleyasının Bundestaqla “ATƏT-in münaqişə dövrünün kəsilməsi istiqamətindəki tədbirlərinə ATƏT Parlament Assambleyası və onun üzvlərinin geniş töhfə vermək imkanları - həlli uzadılmış münaqişələrə xüsusi diqqət” mövzusunda birgə seminarı keçirilib.

On beş ölkənin nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova, deputatlar - rəhbər müavini Tahir Mirkişili və ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini, Büro üzvü Azay Quliyev iştirak ediblər.

ATƏT PA-da Almaniya nümayəndə heyətinin rəhbəri Doris Barnett dəvəti qəbul edib seminarda iştiraklar etdikləri üçün həmkarlarına təşəkkürünü bildirib.

ATƏT PA-nın sədri İlkka Kanerva Nazirlər Şurasını Assambleyanın münaqişələrlə bağlı proseslərə töhfə verə bilməsində inandırdığını vurğulayaraq, Cənubi Qafqazda və Dnestryanı bölgədə baş vermiş münaqişələrin həlli istiqamətində daha çox tərəflərin özlərindən həll prosesinə dair fikirlərin nəzərə alınmasının vacibliyini bildirib.

ATƏT PA sədrinin müavini, Avstriya nümayəndə heyətinin rəhbəri Kristin Muttonenin sədrliyi ilə keçirilmiş “Avropanın Saar-Lor Lüks regionu, xüsusilə Alzas-Lotringen” mövzusundakı birinci sessiyada region barədə ümumi məlumat verilib.

Almaniya Bundestaqının üzvləri Tomas Qebhart və Tomas Hiçler, siyasi icmalçı, Saarləndin sabiq Baş naziri Reinhard Klimmt, eləcə də Reynlənd-Palatinatın yerli parlamentində Sosial-Demokratlar Partiyası qrupunun rəhbəri Aleksander Şveytzer Almaniya ilə Fransa arasında illər boyu münaqişəyə səbəb olan Saar regionunda 1797-1814-cü illərdə baş vermiş hadisələr haqqında məlumat veriblər. Bildirilib ki, almanlar yaşadıqları səfalı bölgə uğrunda əsrlər boyu aparılan mübarizədə təkcə ötən əsrdə əhalinin beş dəfə vətəndaşlığının dəyişdirilməsinə səbəb olub və sonda bu mübarizə Almaniyanın qələbəsi ilə nəticələnib. Fransa ilə Almaniya keçmişdə düşmən olsalar da, hazırda sağlam qonşuluq və geniş əməkdaşlıq əlaqələri qura biliblər.

“Avropanın Tirol regionu - Cənubi Tirol - Trentino” mövzusundakı ikinci sessiyaya sədrlik edən ATƏT PA-nın xəzinədarı D.Barnett parlamentariləri seçildikləri yerlərdə sülhə töhfə vermək imkanlarından geniş şəkildə istifadə etməyə çağırıb. “Ola bilsin ki, ölkələrinizə geri döndükdə burada bölüşəcəyimiz təcrübədən istifadə edə biləcəksiniz”, - deyə D.Barnett bildirib.

Məruzə ilə çıxış edən Lyudviqşafen bələdiyyə arxivləri müdirinin müavini Klaus Beker birinci və ikinci dünya müharibələri zamanı bölgədə baş verən hadisələrdən danışıb. Qeyd edib ki, bu regionun əhalisi hərbi sahəyə, münaqişədən sonrakı dövrün bərpa olunmasına xərclərə yox, qarşılıqlı əməkdaşlıq əlaqələrinə üstünlük verib.

Müzakirələrdə Azərbaycan, Gürcüstan, Ermənistan, Fransa, Avstriya və digər ölkələrin nümayəndələri iştirak ediblər. Onlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Gürcüstan və Moldovadakı münaqişələrin həlli istiqamətində zəruri tədbirlər haqqında fikir mübadiləsi aparıblar.

Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyev ölkəmizin işğal olunmuş ərazilərində son günlər baş vermiş, itki və tələfatlarla nəticələnmiş hadisələrdən, Dağlıq Qarabağ və ətrafdakı yeddi rayonun işğalından, çoxlu sayda qaçqınların taleyindən, eləcə də işğal olunmuş ərazilərdə demoqrafik vəziyyətinin süni şəkildə dəyişdirilməsindən danışıb. O, 20 ildən artıq müddətdir davam edən işğala və yurdlarından qovulmuş insanların faciəsinə son qoymaq məqsədilə parlamentariləri verə biləcəkləri töhfə barədə düşünməyə çağırıb.

ATƏT PA sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin də bölgədə gedən hadisələrlə bağlı narahatlığını bildirib, yaxın vaxtlarda münaqişənin həlli yolunun tapılmasının vacibliyini vurğulayıb.

Çıxışında dünya tarixinin bəzi faktlarına nəzər salan Azərbaycan nümayəndə heyətinin üzvü Tahir Mirkişili evini itirmiş ailəsinin də acı qaçqın taleyindən bəhs edib. O, Dağlıq Qarabağdan əlavə daha çox ərazilərimizin işğal altında olduğunu bir daha vurğulayıb, işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılmasını tələb edib. O, yaxın zamanlarda Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının birgə yaşayacağına ümid bəslədiyini bildirərək gələcək nəslin nümayəndələrinə düşmənçilik və nifrət deyil, tolerantlıq və birgə yaşayış mədəniyyətini aşılamağı tövsiyə edib.

İsveçrəli deputat Filipo Lombardinin sədrliyi ilə “ATƏT-in münaqişə dövrünə dair tədbirlərində ATƏT PA və onun üzvlərinin potensial töhfələri - xüsusi diqqət həlli uzadılmış münaqişələrə” mövzusunda keçirilmiş üçüncü sessiyada ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi səfir Günter Bexler çıxış edib. O, Azərbaycanın işğal olunmuş ərazilərində baş verən hadisələrlə bağlı narahatlığını bildirərək Madrid prinsiplərinin tezliklə işə düşəcəyinə ümidvar olduğunu bildirib. “Status-kvo həll deyil. Daha çevik mexanizmlərin hazırlanması və hərəkət lazımdır”, - deyə Günter Bexler qeyd edib.

Azay Quliyev münaqişə ilə bağlı nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri sənədlər haqqında məlumat verərək azərbaycanlı qaçqınların Dağlıq Qarabağa qayıtmasını və orada onlara təhlükəsiz yaşamaq üçün şəraitin yaradılmasını tələb edib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova uşaqlığının Saar regionuna bənzər, yaşıllıqla dolu gözəl, hazırda isə düşmən tapdağı altında olan bölgədə keçdiyini bildirərək, övladının oraya dönüb babasının dağıdılmış evini bərpa etmək istəyini diqqətə çatdırıb. O deyib: “İşğal olunmuş ərazilərdə çoxlu sayda mülki əhalimizin tələfatı ilə nəticələnən son hadisələr zamanı Ermənistanın hərbi əməliyyatlarına Azərbaycan tərəfinin adekvat və layiqli cavab verməsi səbəbindən bu münaqişə yenidən dünya ictimaiyyətinin diqqətini cəlb edib. Döyüş meydanlarında tapılmış əşya və sənədlər erməni əsgərləri və terrorçu qruplaşmalarının ölkəmizə qarşı hərbi əməliyyatlarda iştirakı faktını təsdiqləyir. Ermənistandan başqa dünyanın bütün ölkələri, o cümlədən Minsk qrupunun həmsədr dövlətləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Münaqişənin tezliklə həll olunması istiqamətində yeni təkliflər irəli sürülüb və bütün bu pozitiv dinamika Ermənistanı yeni təxribata əl atmağa vadar edib. Bu cinayətlərə görə məsuliyyət Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür”.

Tədbirdə, həmçinin ATƏT-in münaqişələrin qarşısının alınması üzrə mərkəzinin əməkdaşı Meri-Mariya Yaarva münaqişələrin yaranması və yenidən alovlanmasının qarşısının alınması istiqamətində görülən preventiv tədbirlər haqqında çıxış edib.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyev bütün münaqişələrin tezliklə və beynəlxalq hüquq çərçivəsində həllinin tapılmasına ümidvar olduğunu bildirib.

Seminar iştirakçıları Almaniya sədrliyinin hansı konkret addımlar atacağı və status-kvonun aradan qaldırılmasının mümkünlüyü, münaqişələrin həlli istiqamətində Rusiyanın rolu haqqında suallar səsləndiriblər.

* * *

Aprelin 17-də “Azlıqlar, mülki əhali, insan haqları və müharibə dövrü - həlli uzadılmış münaqişələrə xüsusi diqqət” mövzusunda panel müzakirələr keçirilib.

ATƏT PA-nın Moldova üzrə qrupunun rəhbəri Arta Dadenin sədrliyi ilə keçirilən müzakirələrdə qrupun Moldova hökuməti ilə təmasın yaradılması vurğulanıb və gələcək tədbirlər haqqında planlar açıqlanıb.

ATƏT-in milli azlıqlar üzrə baş komissarı Astrid Tors münaqışələr zamanı milli azlıqların problemlərinə toxunub. Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru ofisinin rəhbəri Jan Piyer Froehli isə bildirib ki, münaqişələr əsasən azlıqlar haqlarını daha da genişləndirmək imkanını hiss edəndə başlayır.

Panel iclasında Moldova, Gürcüstan, İsveç, Rusiya, İsveçrə və digər dövlətlərin nümayəndələri çıxış ediblər.

Qeyd edilib ki, dünyada xeyli sayda milli azlıqlar mövcuddur. Bu da heç də o demək deyil ki, eyni sayda yeni dövlətlər yaranmalıdır. Münaqişələrsiz, heç bir şey dəyişmədən də insanların rifahına töhfə vermək mümkündür.

Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyev beynəlxalq prinsiplərə riayət edilməsinin və işğal altında olan bölgələrdən qaçqınlarımıza yurdlarında seçmək və seçilmək hüququnun qaytarılmasının vacibliyini vurğulayıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova çıxış edərək Azərbaycanın dini və etnik mənsubiyyətindən asılı olmayaraq burada yaşayan bütün vətəndaşları üçün gələcək qurduğunu bildirib. O, Azərbaycanda yaşayan, iddialı siyasətçilərin qurbanlarına çevrilmiş etnik erməniləri ölkəmizin ərazisinin demilitarizasiyasına töhfə verməyə çağırıb. Bahar Muradova üzünü işğalçı ölkənin nümayəndələrinə tutaraq, hərbi qüvvələrin ərazimizdən çıxarılmasını tələb edib və başqa dövlətin torpağının onlara heç vaxt vətən olmayacağını deyib. “Azərbaycan torpaqlarını işğaldan azad edin. Biz öz vətəndaşlarımızla - etnik ermənilərlə özümüz dil tapa bilərik”, - deyə nümayəndə heyətinin rəhbəri bildirib.

Almaniya nümayəndə heyətinin rəhbəri D.Barnett bir daha iştirakçıların diqqətini Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldib. O, problemlər haqqında susmaq yox, bir-birimizlə mümkün qədər çox danışmağın vacibliyini vurğulayıb: “Ola bilsin ki, bu ünsiyyət haradasa başlaya biləcək hər hansı bir yeni münaqişənin qarşısını alsın”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir