Almaniyada keçirilmiş etiraz aksiyasında polislər jurnalistləri döyüblər
Berlin, 29 iyun, AZƏRTAC
Almaniyanın Düsseldorf şəhərində keçirilmiş nümayişdə polislər DPA informasiya agentliyinin jurnalistlərini döyüblər.
AZƏRTAC xəbər verir ki, bu şəhərin mərkəzində keçirilən nümayişin 6 minə yaxın iştirakçısı Şimali Reyn-Vestfaliya federal əyalətində kütləvi yığıncaqlar haqqında qanun layihəsinə və belə mitinqlərdə iştirak edənlərin eyni formada geyinməsinə qadağa qoyan yeniliklərə qarşı etirazlarını bildirmək üçün toplaşıblar. Asayiş keşikçiləri heç kəsin gözləmədiyi halda DPA agentliyinin fotoqrafına və daha bir jurnalistinə qarşı güc tətbiq etməyə başlayıblar.
Xatırladaq ki, bu hadisənin baş verdiyi ölkədə başqalarını jurnalistlərə qarşı təqiblərdən çəkinməkdən dəm vurmağı xoşlayırlar.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]