ALMANİYADA SİQARET QAÇAQMALÇILIĞIARTMAQDA DAVAM EDİR
2005-ci ilin yanvarından sentyabrına qədər federal cinayət polisi və gömrük xidməti əməkdaşları Almaniya ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilən 630 milyon siqareti müsadirə etmişlər. 2004-cü ilin eyni dövründə bu rəqəm 418 milyon olmuşdur. Almaniya Federal Qaçaqmalçılığa Qarşı Gömrük Mübarizə Xidməti İdarəsinin rəhbəri Mathias bildirmişdir ki, son bir ildə ələ keçirilən qaçaqmal siqaretin 70 faizi daxili qara bazar, 30 faizi isə Fransaya ötürülmək üçün nəzərdə tutulmuşdur. Onun etirafına görə, bu vaxta qədər Qərbi Avropada tütün məhsullarının qanunsuz nəqli marşrutunda tranzit ölkə sayılan Almaniya hazırda qaçaqmalını qəbul edib öz daxilində təmərküzləşdirən son mənzilə çevrilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:03]
Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq
- 06.10.2026 [16:58]
Gürcüstanda yanacaq yenidən bahalaşıb
- 06.10.2026 [16:49]
İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb
- 06.10.2026 [16:19]
Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb
- 06.10.2026 [16:09]
Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib
- 06.10.2026 [16:07]
Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb
- 06.10.2026 [16:03]