SİYASƏT
Almaniyada yaşayan 547 Azərbaycan vətəndaşı səsvermədə iştirak edib
Berlin, 26 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı Azərbaycan Respublikasında keçirilən ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyində yaradılmış 17 saylı Yasamal üçüncü seçki dairəsinin 32 saylı seçki məntəqəsində səsvermə yerli vaxtla saat 19:00-da başa çatıb.
Səsvermədə Almaniyada daimi və müvəqqəti yaşayan 547 Azərbaycan vətəndaşı iştirak edib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin