ALMANİYADAKI AZƏRBAYCAN DİASPOR TƏŞKİLATLARI AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ İLƏ ƏLAQƏDAR MİTİNQ KEÇİRƏCƏKLƏR
Bakı, 29 mart (AZƏRTAC). Almaniyadakı Azərbaycan diaspor təşkilatları 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar tədbirlər keçirəcəklər.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, Almaniyadakı Azərbaycan Evi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, Alman-Azərbaycan Həmrəylik Cəmiyyəti və Azərbaycan Kültür Ocağı martın 31-də Berlindəki Ermənistan səfirliyi qarşısında etiraz mitinqi keçirəcəklər.
Bundan başqa, diaspor təşkilatlarımız ermənilərin 1918-ci ilin martında Bakıda və respublikamızın rayonlarında azərbaycanlılara, türklərə, yəhudilərə və digər millətlərə qarşı törətdikləri soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün materiallar hazırlayaraq yayacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]