Almaniyadan Kutaisiyə uçan təyyarə Rumıniyada məcburi eniş edib
Tbilisi, 5 mart, AZƏRTAC
Martın 5-də Almaniyanın Memmingen hava limanından Gürcüstanın Kutaisi şəhərinə uçan sərnişin təyyarəsi Rumıniyada məcburi eniş edib.
AZƏRTAC xəbər verir ki, buna səbəb təyyarədə olan gürcü və rusiyalı sərnişinlər arasında əlbəyaxa dava olub.
Verilən məlumata görə, təyyarədə olan Rusiya vətəndaşı gənc qıza sataşıb. Gürcüstan vətəndaşı qızı müdafiə edib və mübahisə yaranıb. Sonra mübahisə əlbəyaxa davaya çevrilib. Yaranan gərginlik səbəbindən təyyarə Rumıniyada məcburi eniş edib. Rusiya vətəndaşının sərxoş vəziyyətdə olduğu bildirilir.
Vəziyyət normallaşdıqdan sonra təyyarə təyinatı üzrə uçuşu davam etdirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]
Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb
- 13.10.2026 [18:37]