SİYASƏT
Almaniyalı müşahidəçi: Seçki məntəqəsində Dağlıq Qarabağdan olan seçicilərin səs verməsi məni çox təsirləndirdi
Bakı, 9 fevral, AZƏRTAC
Mən müşahidə müddətində Dağlıq Qarabağ bölgəsini əhatə edən seçki məntəqəsində oldum. Seçki məntəqəsində Dağlıq Qarabağdan olan seçicilərin səs verməsi məni çox təsirləndirdi. Onlar bizə özlərinin keşməkeşli həyatlarını danışdılar.
AZƏRTAC xəbər verir ki, bu fikirləri parlament seçkilərini izləmək üçün Azərbaycana səfər edən beynəlxalq müşahidəçi, Azad Almaniya Universitetinin dosenti, professor Matthias Dornfeldt bu gün keçirilən mətbuat konfransında deyib.
Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həll edilməsini arzu etdiyini vurğulayan müşahidəçi deyib: “Bu məsələ beynəlxalq qurumlar tərəfindən həll edilməldir. Çünki Dağlıq Qarabağ bölgəsində yaşamış insanlar öz vətənlərinə geri qayıtmaq istəyirlər”.