Almaniyanın xarici işlər naziri: Dünyada vəziyyət “Soyuq müharibə”dən bəri bu qədər təhlükəli olmayıb
Berlin, 25 noyabr, AZƏRTAC
Dünyada vəziyyət “Soyuq müharibə”dən bəri bu qədər təhlükəli, böhranlı və çağırışlarla dolu olmayıb.
AZƏRTAC xəbər verir ki, bu fikri Almaniyanın xarici işlər naziri Yohan Vadeful Berlin Xarici Siyasət Forumunda çıxışında deyib.
“Dünyada mövcud böhranlarla mübarizə üçün resurslar azalır, beynəlxalq əməkdaşlıq əzmi zəifləyir, beynəlxalq hüququn qüvvəsi konfrontal münasibətlər və qısamüddətli maraqların sərt tətbiqi ilə əvəz olunur. Güc hüququ təyin etmir, güc özü hüquq sayılır”, - deyə almaniyalı nazir bildirib.
Y.Vadeful belə bir vəziyyətdə Almaniyanın Avropanın mərkəzindəki yerini yenidən müəyyən etməsinin və dəyişən dünyanın sürətinə uyğun olaraq xarici və təhlükəsizlik siyasətini yeniləməsinin vacibliyini qeyd edib. O, Almaniyanın maraqlarının təhlükəsizlik, azadlıq və rifah üçlüyündə müəyyənləşdirildiyini vurğulayaraq, üç konkret məqsədi - tərəfdaşlar və alyanslarla birlikdə Rusiyanı NATO-ya qarşı hərbi eskalasiyadan çəkindirmək, Almaniya və Aİ iqtisadiyyatını təhlükəli asılılıqlardan azad etmək, rəqəmsal, bürokratiyadan azad və rəqabət qabiliyyətli etmək, eləcə də Avropa İttifaqını xarici və daxili təhdidlərdən qorumaq hədəflərini diqqətə çatdırıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]