Altı günlük iş rejimi ilə işləyən məktəblərdə yanvarın 19-da dərslər keçiriləcək VİDEO
Bakı, 18 yanvar, AZƏRTAC
Respublikamızda 6 günlük iş rejimi ilə işləyən məktəblərdə yanvarın 19-da dərslər keçiriləcək.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təhsil naziri Ceyhun Bayramovun “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmri yanvarın 17 və 18-nə aid olub. Qalan günlərdə təhsil müəssisələrində tədris adi qaydada davam edəcək.
Qeyd edək ki, müvafiq əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq yanvarın 17-si və 18-i ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı tədbirlər təxirə salınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:30]
Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”
- 07.10.2026 [11:41]
Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək
- 07.10.2026 [11:11]