ALTIAĞAC MİLLİ PARKI ZƏNGİN FAUNA VƏ FLORASI İLƏ SEÇİLİR
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 22-də Altıağac Milli Parkında olmuşdur.
Buraya toplaşan meşə təsərrüfatı işçiləri dövlətimizin başçısını səmimiyyətlə qarşıladılar.
Bu park Prezident İlham Əliyevin Sərəncamı ilə 2004-cü il avqustun 31-də Xızı və Siyəzən rayonlarının ərazilərində - Altıağac Dövlət Təbiət Qoruğu və ona həmsərhəd olan Dövlət Meşə Fondu torpaqlarının bazasında yaradılmışdır. Ərazinin 90,5 faizini palıd, fıstıq və vələs ağaclarının üstünlük təşkil etdiyi, zəngin flora və faunası olan dağ meşələri təşkil edir.
Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi, fotostendlərə baxdı.
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov dövlətimizin başçısına məlumat verdi ki, parkın ərazisi 11 min 35 hektardır. Parkda MDB məkanında, o cümlədən Qafqaz regionunda yeganə olan Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiyası Klinikası da fəaliyyət göstərir. Burada müasir laboratoriya, lazımi avadanlıq vardır. Əsas məqsəd Böyük Qafqazın cənub-şərq yamaclarının təbii landşaftının, flora və faunasının qorunub saxlanması, bərpası, təbii komplekslərinin mühafizəsinin gücləndirilməsi, ekoloji monitorinqin həyata keçirilməsi, həmçinin tədqiqatlar, turizm və istirahət üçün şəraitin yaradılması və əhalinin ekoloji cəhətdən maarifləndirilməsinin təşkilidir.
Prezident İlham Əliyev Altıağac Milli Parkının ekoturizm və informasiya mərkəzi, inzibati binası, turist ləvazimatlarının kirayəsi və satışı şöbəsi ilə tanış oldu, parkda saxlanılan meşə heyvanlarına tamaşa etdi.
Bununla da Prezident İlham Əliyevin Xızı rayonuna səfəri başa çatdı.
X X X
Xızı rayonuna səfərdən qayıdan Prezident İlham Əliyev yolüstü Bakıda yeni avtovağzalın tikintisinin gedişi ilə tanış oldu.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |




