“Amazon” Fransada 100 min avro cərimə ödəməli və satışını məhdudlaşdırmalı olacaq
Paris, 24 aprel, AZƏRTAC
Versal Apellyasiya məhkəməsi “Amazon” şirkətinin Fransada fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı apellyasiya şikayətinə rədd cavabı verib.
AZƏRTAC xəbər verir ki, Versal Appellyasiya məhkəməsi Nanter məhkəməsinin “Amazon” şirkətinin Fransada fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərarını təsdiqləyib. Belə ki, “Amazon” Fransada yalnız vacib məhsulların satışını təşkil etməli və yeni koronavirus epidemiyası zamanı işçilərinin peşə riskini qiymətləndirməlidir. Şirkət yalnız ərzaq məhsullarının, gigiyenik və tibbi vasitələrin satışını davam etdirə bilər.
Beləliklə, pozuntusuna görə 100 min avro cərimə ödəməli olan “Amazon”un məhkəmə qərarını tətbiq etmək üçün isə 2 gün vaxtı var.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [13:18]
Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər
- 12.10.2026 [13:08]
Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb
- 12.10.2026 [12:57]
Araşdırma: Müdrikliyin əsrlər boyu dəyişməyən 6 əsas prinsipi
- 12.10.2026 [12:33]