“AMB-AZƏRİ” FİRMASINDA 64,1 MİN AZN VERGİDƏN YAYINDIRILIB
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, istintaqa ifadə verən firmanın rəsmi direktoru Axund Natəvan bildirib ki, Talıbov Babəli Sahib oğlu onu aldadıb və adından istifadə edərək, “AMB-Azəri” şirkətinə faktiki rəhbərliyi həyata keçirib. İş üzrə dindirilmiş digər şahidlər də “AMB-Azəri” firmasının faktiki rəhbərinin Babəli Talıbov olduğunu təsdiq ediblər.
Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2006-cı il 16 may tarixli qərarına əsasən, Departamentin istintaq və təhqiqat şöbələrinin əməkdaşları mayın 17-də Babəli Talıbovun ofisində axtarış aparıblar. Axtarış zamanı ofisdə olan seyfdən, masaların siyirmələrindən və digər yerlərdən 34 təşkilatın möhür və ştampları, bank çek kitabçaları, mühasibat sənədləri və rəsmi hesabat blankları aşkar edilərək götürülmüşdür.
Fakt üzrə araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]