AMEA-nın Dilçilik İnstitutunda faciə qurbanlarının xatirəsi anılıb
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunan anma tədbiri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin direktoru, akademik Tofiq Hacıyev Xocalı soyqırımının Azərbaycan xalqının tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu söyləyib. Akademik XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımının bütün insanlığa və bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri olduğunu diqqətə çatdırıb.
Vurğulanıb ki, Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Bu gün ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi əziz tutulur, onların xatirəsinə abidə ucaldılıb.
Digər çıxış edənlər də Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən danışıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]