AMEA-NIN TARİXİNDƏN BƏHS EDƏN YENİ KİTAB
AZƏRTAC xəbər verir ki, tarix elmləri namizədi Tamilla Kərimovanın “Milli Elmlər Akademiyasının tarixindən” kitabı “Təhsil” nəşriyyatında rus dilində çap edilmişdir.
Kitabda arxiv sənədləri əsasında AMEA-nın tarixi, inkişaf mərhələləri, elmimizin tərəqqisində xidmətləri olan alimlərimiz haqqında məlumat verilmişdir.
Nəşrin redaktoru Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Yaqub Mahmudovdur.