AMERİKA DİPLOMATLARI SUMQAYITDA PARLAMENT SEÇKİLƏRİNƏ HAZIRLIĞIN GEDİŞİ İLƏ TANIŞ OLMUŞLAR
Sumqayıt İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Amerika diplomatları şəhərin rəhbərliyi ilə görüşmüşlər. Söhbət zamanı Milli Məclisə noyabrın 6-da keçiriləcək seçkilərə hazırlıq məsələləri müzakirə olunmuşdur. İcra hakimiyyətinin başçısı Vaqif Əliyev bildirmişdir ki, şəhərdə yerləşən 4 seçki dairəsinin tərkibində 131 seçki məntəqəsi fəaliyyət göstərir. Uğurlu seçkiqabağı kampaniya aparmaq üçün namizədlərə hər cür şərait yaradılmışdır. Şəhərin rəhbərliyi Prezident İlham Əliyevin seçkilərlə bağlı məlum sərəncamlarından irəli gələn mühüm vəzifələrin həyata keçirilməsi üçün müvafiq tədbirlər görür.
Səfirliyin siyasi məsələlər üzrə müşaviri xanım Tifoni Anderson çıxışında vurğulamışdır ki, ABŞ hökuməti qarşıdakı parlament seçkilərinə böyük əhəmiyyət verir və hazırkı kampaniya öz demokratikliyi ilə xeyli fərqlənir. Bu, Prezidentin qəbul etdiyi qərarların seçkilərin ədalətli və şəffaf keçirilməsini təmin edəcəyinə ümid verir.
Sonra icra hakimiyyətinin başçısı qonaqların suallarına ətraflı cavab vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]