Amerika Kuboku: Argentina qələbə ilə başlayıb
Bakı, 21 iyun, AZƏRTAC
İyulun 21-də futbol üzrə Amerika Kuboku (Copa Amerika) start götürüb.
AZƏRTAC xəbər verir ki, açılış matçında son çempion Argentina Kanadanı sınağa çəkib. Bakı vaxtı ilə gecə saat 04:00-da başlayan matçın sonunda gülən tərəf Argentina millisi olub-2:0.
“Tanqoçular”ın heyətində 49-cu dəqiqədə Xulian Alvares, 88-ci dəqiqədə isə Lautaro Martines fərqlənib.
Qeyd edək ki, turnir Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) ilə Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyalarının (CONCACAF) birgə təşkilatçılığı ilə keçirilir.
48-ci dəfə təşkil olunan Amerika Kubokunda 16 komanda 4 qrupda mübarizə aparır.
Qrupların tərkibi
A qrupu: Argentina, Kanada, Peru, Çili
B qrupu: Venesuela, Yamayka, Ekvador, Meksika
C qrupu: Uruqvay, ABŞ, Panama, Boliviya
D qrupu: Braziliya, Paraqvay, Kolumbiya, Kosta Rika
Qeyd edək ki, ABŞ-ın 14 şəhərinin ev sahibliyi etdiyi Amerika Kubokuna iyulun 14-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:27]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]