Amerika qitəsinin ən yaxşı futbolçuları müəyyənləşib
Bakı, 16 yanvar, AZƏRTAC
Amerika qitəsində 2018-ci ilin ən yaxşı qadın və kişi futbolçularının adları bəlli olub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 23 yaşlı meksikalı hücumçu Hirvinq Lozano və qadınlardan ibarət ABŞ millisinin 29 yaşlı üzvü Aleks Morqan qitənin ən yaxşıları seçiliblər.
Hollandiyanın “PSV Eyndhoven” klubunun hücumçusu Lozano Meksika millisinin heyətində Rusiyada keçirilən XXI dünya çempionatında Almaniyaya qarşı oyunda qol vurmaqla komandasının qələbə qazanmasına nail olub. Hücumçu Meksika millisinin heyətində 34 oyuna 8 qol vurub. Lozano bu mükafata ilk dəfədir layiq görülüb.
Aleks Morqan isə 2018-ci ildə ABŞ millisinin heyətində 19 oyunda 18 dəfə fərqlənib. Qadın futbolçu 4-cü dəfədir bu mükafata sahib olur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:11]
NBA klubu liqanın ən qısa və ən ucaboy oyunçularını transfer edib
- 10.08.2026 [13:56]
Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlanıb
- 10.08.2026 [13:30]
“Neftçi”nin hücumçusu “Araz-Naxçıvan”a keçib
- 10.08.2026 [13:24]
Yeni mövsüm üçün Azərbaycan Premyer Liqasının sponsoru bəlli olub
- 10.08.2026 [13:23]
Premyer Liqa: “Sumqayıt”-“Neftçi” matçının stadionu dəyişdirilib
- 10.08.2026 [13:00]
Üç təşkilat FIFA və Canni İnfantinoya qarşı birgə bəyanat yayıb
- 10.08.2026 [12:49]
“Barselona” Levandovskini klubun əfsanələri siyahısına daxil edib
- 10.08.2026 [12:31]