Amerikalı hüquq müdafiəçiləri Bayden administrasiyasını məhkəməyə veriblər
Bakı, 13 iyun, AZƏRTAC
ABŞ hüquq müdafiəçiləri miqrasiya siyasətini sərtləşdirdiyinə görə ABŞ Prezidenti Cozef Baydenin administrasiyasını məhkəməyə veriblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Amerika Vətəndaş Azadlıqları Birliyi - ACLU təşkilatı bildirib.
Buna səbəb Baydenin miqrasiya siyasəti ilə bağlı verdiyi qərarlar olub.
“Biz Bayden administrasiyasını siyasi sığınacağı kəskin şəkildə məhdudlaşdıran və minlərlə insanın həyatına təhlükə yaradan fərmanlarla bağlı məhkəməyə verdik”, - ACLU-nun bəyanatında deyilir.
ACLU-la birlikdə məhkəmədə daha bir neçə insan hüquqları təşkilatı iştirak edir.
Vaşinqton Federal Məhkəməsinə müraciətdə iddiaçılar Baydenin ABŞ-ın sığınacaq qanunvericiliyinin pozulmasına və nəzərdə tutulan prosedurlardan geri çəkilməsinə istinad edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:09]
Tramp və Zelenski Parisdə görüşüblər
- 16.06.2026 [15:04]
Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]