AMERİKALI QADIN PİVƏ SÜZMƏK BACARIĞI İLƏ SEÇİLMİŞDİR
İştirakçılar çəllək və şüşə pivəsini süzmək, habelə müştəriyə xidmət göstərmək sahəsində bacarıqlarını nümayiş etdirmişlər. Amerikalı Cessika Uoltsun müsabiqədə birinci yer tutması münsiflər heyətini heyrətləndirmişdir. Belçikalı barmen ikinci olmuşdur.
Belçikalılar öz pivəsi ilə fəxr edirlər. Bu ölkədə təkcə etiketləşdirilmiş pivənin 450 növü məlumdur. Belçikada istehsal olunan ayrı-ayrı pivə növləri dəfələrlə dünyada ən yaxşı hesab olunmuşdur.