AMERİKALI SİQARETÇƏKƏNLƏR TÜTÜN ŞİRKƏTLƏRİNDƏN 200 MİLYARD DOLLAR TƏLƏB EDİRLƏR
Əsas iddiaçı Barbara Şvabın sözlərinə görə, şirkətlər öz məhsulunu reklam edərkən göstərirlər ki, onların siqaretlərində qatran və nikotin azdır. Nəticədə amerikalı siqaretçəkənlərdə belə səhv təsəvvür yaranmışdır ki, “yüngül”lər adi siqaretlərdən təhlükəsizdir.
Kollektiv iddia “Rhilip Morris”, “R.J.Reyonlds”, “Brown ənd Williamson”, “Lorillard Tobacco” və “Aigget Group” kimi şirkətlərə qarşı qaldırılmışdır.
Son məlumata görə, 2002-ci ildə ABŞ-da “yüngül” siqaretlərin satış həcmi istehsal olunmuş tütün məhsulunun ümumi həcminin 85 faizini təşkil etmişdir.
Bu yaxınlarda ABŞ Federal Məhkəməsi bir qrup tütün şirkətini siqaretçəkmənin zərərli nəticələri ilə bağlı həqiqi vəziyyəti on illərlə gizlətməkdə təqsirli bilmişdir. O vaxt məhkəmə siqaret qutularının tərtibində və siqaretlərin reklamında siqaretçəkmənin müsbət təsiri barədə ifadələrdən istifadəyə 2007-ci il yanvarın 1-dən qadağa qoymuşdur. Lakin ABŞ Ədliyyə Nazirliyinin nümayəndələri məyusluqla vurğulamışlar ki, məhkəmə hökumət tərəfindən tövsiyə olunmuş bütün cəza tədbirlərini cavabdehlərə şamil etməmişdir.