“ANA VƏTƏN” AVROPA AZƏRBAYCAN QADINLARI İTTİFAQININ YEKUN KONFRANSI
Dekabrın 15-də Haaqada “Ana Vətən” Avropa Azərbaycan qadınları ittifaqının illik yekun konfransı keçirilmişdir.
Cəmiyyətin prezidenti Gülşən Kazımova zəmanəmizin görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan diasporunun formalaşdırılmasında əvəzsiz rolundan danışdı.
İştirakçılar ümummilli lider Heydər Əliyevin nurlu xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Konfransda cəmiyyətin bir ildə gördüyü işlərə yekun vuruldu, gələcək fəaliyyət planı təsdiq edildi. Növbəti ildə cəmiyyətin genişləndirilməsi, Belçika və Almaniyada nümayəndəliklərin, habelə veb-saytın açılması nəzərdə tutulmuşdur. Bildirilmişdir ki, Apeldorn şəhərindəki qocalar evi ilə Bakıdakı əlillər evi arasında əməkdaşlıq sazişinin bağlanmasını bu ilin ən mühüm nailiyyəti saymaq olar.
Konfransda Azərbaycanın Hollandiya və Belçikadakı səfirliklərinin nümayəndələri iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]