“ANA VƏTƏN” AVROPA AZƏRBAYCANLI QADINLAR BİRLİYİ İLİN YEKUNLARINI MÜZAKİRƏ ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Hollandiyanın Den Haaq şəhərində bu ölkədə fəaliyyət göstərən “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin (AAQB) ilin yekunlarına dair konfransı keçirilmişdir.
Birliyin sədri Gülşən Kazımova Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edərək onun həyat yolundan və fəaliyyətindən söz açmışdır. Azərbaycanın Hollandiyadakı və Belçikadakı səfirliklərinin nümayəndələrinin və həmvətənlərimizin iştirak etdikləri konfransda ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycanın Belçikadakı səfirliyinin birinci katibi Fuad Hümbətov AAQB üzvlərini qısa müddətdə əldə etdikləri nailiyyətlərə görə təbrik etmişdir. Konfransda illik hesabat dinlənilmiş, yaradılacaq yeni internet səhifəsinin layihəsi təqdim olunmuşdur. Bundan başqa, gələn il üçün tədbirlər planı da təsdiqlənmişdir.
Sonda iştirakçılara Hollandiyada nəşr edilən “Vita” və Azərbaycanda nəşr olunan “Azərbaycan və Dünya” jurnallarının nüsxələri paylanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]