“ANA VƏTƏN” AVROPA AZƏRBAYCANLI QADINLAR BİRLİYİ İLİN YEKUNLARINI QƏNAƏTBƏXŞ SAYIR
AZƏRTAC xəbər verir ki, Hollandiyanın Den Haaq şəhərində bu ölkədə fəaliyyət göstərən “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin (AAQB) ilin yekunlarına dair konfransı keçirilmişdir.
Azərbaycanın Hollandiyadakı və Belçikadakı səfirliklərinin nümayəndələrinin və həmvətənlərimizin iştirak etdikləri konfransda ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Birliyin sədri Gülşən Kazımova Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edərək onun həyat və fəaliyyətindən söz açmışdır.
Azərbaycanın Belçikadakı səfirliyinin birinci katibi Fuad Hümbətov AAQB üzvlərini nailiyyətləri münasibətilə təbrik etmişdir. Konfransda illik hesabat dinlənilmiş, qənaətbəxş hesab olunmuş və yaradılacaq yeni internet səhifəsinin layihəsi təqdim olunmuşdur. Gələn il üçün tədbirlər planı da təsdiqlənmişdir.
Sonda iştirakçılara Hollandiyada nəşr edilən “Vita” və Bakıda nəşr olunan “Azərbaycan və Dünya” jurnallarının nüsxələri paylanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]