ANAMA azad olunmuş ərazilərdə işləmək istəyənlər üçün sənəd qəbulu elan edir
Bakı, 27 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə paramedik vəzifəsində işləmək istəyənlər üçün sənəd qəbulu elan edir.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, namizədlər ali və ya orta ixtisas tibb təhsilli olmalı, müvafiq sahədə bir ilə qədər iş stajı olmalıdır.
Qeyd olunub ki, çalışdığı müddətdə işçinin səmərəli fəaliyyətinə görə mükafatların verilməsi nəzərdə tutulub.
Maraqlananlar əlaqə telefonu göstərməklə müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizəni, şəxsiyyət vəsiqəsinin, təhsilə dair sənədlərin (attestat, diplom, sertifikat, arayış və s.) və əmək kitabçasının surətlərini [email protected] ünvanına göndərə bilərlər.
Sənəd qəbulu avqustun 15-dək həyata keçiriləcək.
Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.
Əlavə məlumat üçün 805 - qaynar xəttinə müraciət edilə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:43]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:20]
“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO
- 29.09.2026 [17:43]
Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib
- 29.09.2026 [17:33]
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub
- 29.09.2026 [17:08]
Azyaşlılar təhlükəsiz davranış qaydaları barədə maarifləndirilirlər
- 29.09.2026 [17:08]