Anar Qədiməliyev: Növbəti on il ərzində bizi tamamilə yeni peşələr gözləyir
Bakı, 14 noyabr, AZƏRTAC
Süni intellektin sürətli inkişafı nəticəsində aparılan araşdırmalar göstərir ki, növbəti on il ərzində bizi tamamilə yeni peşələr gözləyir.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev “Bir peşənin sirri” festivalında deyib. O bildirib ki, peşə təhsilinə maraq hər gün daha da artır: “Eyni zamanda, məktəblərimizdə peşəyönümlü siniflərin yaradılması dövlətin bu sahənin inkişafına verdiyi böyük önəmi göstərir. Uşaqlar artıq zamanın tələblərinə uyğun şəkildə yetişdirilir və formalaşdırılır. Süni intellektin sürətli inkişafı nəticəsində aparılan araşdırmalar göstərir ki, növbəti on il ərzində bizi tamamilə yeni peşələr gözləyir. Bu dəyişikliklər fonunda hər birimizin bir neçə sahə üzrə bacarıq qazanması gələcək həyatımız üçün son dərəcə önəmlidir”.
Anar Qədiməliyev məktəbləri və şagirdləri bu imkanlardan düzgün istifadə etməyə, öyrənməyə və inkişaf etməyə dəvət edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:45]
Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb
- 29.09.2026 [18:01]
BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar
- 29.09.2026 [17:09]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası
- 29.09.2026 [17:03]
Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb
- 29.09.2026 [16:41]