ANATOLİ RAXANSKİ: “İLHAM ƏLİYEVİN BÖYÜK SİYASİ GƏLƏCƏYİ VAR!”
AZƏRTAC-ın Kiyev müxbiri Anatoli Varfolomeyeviçlə görüşərək, ondan Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya bu yaxınlardakı dövlət səfəri barədə təəssüratını bölüşməyi xahiş etmişdir.
A.Raxanski demişdir:
- İlk növbədə, nəzərə çarpdırmaq lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin dövlət səfəri, həqiqətən, tarixi səfər oldu, dost ölkələrimiz arasında strateji tərəfdaşlığa güclü təkan verdi.
Qeyd edim ki, İlham Əliyev özünü, həqiqətən, Avropa miqyaslı siyasətçi kimi, öz dahi atasının layiqli oğlu kimi göstərdi. İlham Heydər oğlu yaşına görə cavan olsa da, yaxşı, geniş vüsətli yaradıcı və qurucu işlərinə görə böyük yol keçmişdir, böyük siyasi yetkinliyə, yüksək diplomatiyaya və xoş mərama malik oduğunu nümayiş etdirmişdir. Bunu vurğulamaq mənə çox xoşdur, çünki onu AŞPA-dakı keçmiş həmkarım kimi tanıyıram. Qəti əminəm ki, İlham Əliyevin böyük siyasi gələcəyi var!
Anatoli Raxanski sonda dedi:
- 65 illiyimi qeyd etdiyim indiki iyun ayı hafizəmdə həm də Ukrayna-Azərbaycan münasibətlərində mühüm mərhələ kimi qalacaqdır. Əminəm ki, ölkələrimiz arasında əlaqələr bundan sonra da yüksələn xətlə inkişaf edəcəkdir.