ANDREAS QROSS AZƏRBAYCAN PREZİDENTİNİN SƏRƏNCAMINDAN MƏMNUNDUR
O, dövlətimizin başçısının bu məsələlərə dair qərarından məmnun və şad olduğunu bildirərək vurğulamışdır ki, Sərəncam məqbul və ədalətli seçkilər keçirmək istəyi və iradəsi olduğunu göstərir. Onun fikrincə, Prezidentin deputatlığa namizədlərin seçicilərlə görüşməsi və mitinqlər keçirilməsi üçün lazımi şərait yaratmaq barədə yerli hakimiyyət orqanlarna göstərişi də müsbət amildir. Avropa Şurasının rəsmisi xaricdən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarının da seçkilərə müşahidəçi qismində buraxılmasını tərifəlayiq addım kimi qiymətləndirmişdir.
Qross səsvermə zamanı barmaqların işarələnəcəyi görünməyən mürəkkəbi xüsusi kimyəvi məhlulla asan silməyin mümkün olduğu barədə fikrilərlə bağlı demişdir ki, bu narahatlıq əsassızdır, çünki belə mürəkkəblər ATƏT-ə yaxşı bəllidir, onlardan Türkiyədə, Makedoniyada və Avropanın digər ölkələrində istifadə olunmuşdur. Görünməyən mürəkkəb xüsusi kimyəvi tərkibli məhluldur, onu ancaq ultrabənövşəyi işıq altında görmək mümkündür. Bu mürəkkəbin insan səhhəti üçün heç bir zərəri yoxdur. Ondan istifadəyə ATƏT nəzarət edəcəkdir.