ANDREAS QROSS AZƏRBAYCAN ÜZRƏ HƏMMƏRUZƏÇİLİKDƏN İMTİNA ETMİŞDİR
Komitə üzvləri onun xahişini yerinə yetirərək, Azərbaycan üzrə həmməruzəçilikdən azad etmişlər. Onun yerinə İngiltərədən olan deputat Toni Lloyd seçilmişdir.
Ölkəmizə qarşı həmişə barışmaz mövqedən çıxış edən Ermənistan nümayəndə heyətinin rəhbəri, Ermənistan parlamentinin sədri Tiqran Torosyan A.Qrossun Azərbaycan üzrə həmməruzəçilikdən imtina etməsini isveçrəli deputata ölkəmiz tərəfindən göstərilən təzyiq kimi qələmə verməyə çalışmışdır.
Lakin Azərbaycan nümayəndə heyəti A.Qrossun bu addımı könüllü surətdə atdığını vurğulayaraq demişlər ki, burada hansısa təzyiqdən söhbət gedə bilməz. A.Qross on ildir Azərbaycan üzrə həmməruzəçi idi. Onun artıq Azərbaycana yeni baxışla yanaşması, baş verən dəyişiklikləri görməsi çətin idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [19:27]
Laos Prezidenti Milli Məclisdə olub
- 13.10.2026 [17:33]
QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var
- 13.10.2026 [16:47]
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
- 13.10.2026 [16:44]