Andrey Şevçenko Ukrayna Futbol Assosiasiyasının prezidenti seçilib
Bakı, 25 yanvar, AZƏRTAC
Ukrayna Futbol Assosiasiyasının (UAF) yeni prezidenti bəlli olub.
AZƏRTAC qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Ukrayna millisinin əfsanəvi futbolçusu Andrey Şevçenko seçilib.
Veteran hücumçu bu posta yeganə namizəd olub. UAF rəsmiləri onun təyinatını yekdilliklə dəstəkləyiblər.
Qeyd edək ki, Andrey Şevçenko karyerası ərzində ölkəsinin “Dinamo” (Kiyev), İtaliyanın “Milan” və İngiltərənin “Çelsi” klublarında çıxış edib. Milli komandada 111 oyun keçirən keçmiş forvard 48 qol vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]