Azərbaycan Dövlət İnformasiya Agentliyi

Anım Günü: Qəhrəmanlıq, hüzn və Qələbənin işığında

Anım Günü: Qəhrəmanlıq, hüzn və Qələbənin işığında

Bakı, 27 sentyabr, AZƏRTAC

Azərbaycan xalqının tarixi yaddaşında elə günlər var ki, onlar həm hüznün, həm də qürurun təcəssümünə çevrilir. 27 Sentyabr bu mənada ən mühüm günlərdən biridir. 2020-ci ilin məhz bu tarixində Ermənistanın silahlı qüvvələrinin davamlı hərbi təxribatlarına və yeni işğal cəhdlərinə cavab olaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın davam edən işğala son qoyacaq, tariximizin ən böyük Qələbəsini təmin edəcək hərbi əməliyyatlara başladı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov söyləyib.

O bildirib ki, 44 gün davam edən bu mübarizə xalqımızın şərəf salnaməsinə qızıl hərflərlə yazıldı. Bu gün hər il şəhidlərimizin müqəddəs xatirəsi yad edilir, onların fədakarlığı xalqın mənəvi varlığında və milli yaddaşında əbədi yaşayır.

"2020-ci ildə qazanılan möhtəşəm Zəfərin əsası Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışı zamanı qoyulub. Belə ki, həmin dövrdə Ümummilli Lider Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində qurduğu möhkəm dövlətçilik bünövrəsi və xalqla dövlət arasında bərqərar etdiyi etimad bu Zəfərə gedən yolun əsasını təşkil edirdi.

1990-cı illərin əvvəlləri Azərbaycanın ən faciəli dövrlərindən biri idi. Müstəqilliyini yenicə bərpa etmiş ölkə qeyri-sabitlik girdabına düşmüş, hakimiyyət siyasi idarəetmə və peşəkarlıqdan çox uzaq, məsuliyyətsiz qüvvələrin əlinə keçmişdi. Bu gün daha çox ifrat radikallığı ilə büruzə verən AXCP-Müsavat cütlüyü 1992-1993-cü illərdə hakimiyyətdə olduğu qısa zaman kəsiyində ölkədə xaosun hökm sürməsinə, dövlət institutlarının iflic vəziyyətə düşməsinə, orduda nizamsızlığın geniş vüsət almasına səbəb olan bir siyasət yürütmüşdü. Ən dəhşətlisi isə həmin yarıtmaz siyasətin nəticəsində Azərbaycanın dilbər guşəsi olan Qarabağın böyük bir hissəsinin işğal olunması idi. Qarabağ və ətraf rayonların düşmən tapdağı altına düşməsi həmin hakimiyyətin zəifliyi, bacarıqsızlığı və məsuliyyətsizliyinin birbaşa nəticəsi idi.

Elə bu səbəbdən də xalq xilası Ulu Öndər Heydər Əliyevdə gördü. Onun 1993-cü ildə hakimiyyətə qayıdışı ilə ölkə dağılmaqdan, parçalanmaqdan xilas oldu. Heydər Əliyev dövlətçiliyin təməl sütunlarını möhkəmləndirdi, ordu quruculuğunu prioritet vəzifə elan etdi, beynəlxalq aləmdə Azərbaycanın mövqelərini bərpa etdi. Əgər o vaxt bu xilasedici addımlar atılmasaydı, müstəqil dövlətimiz belə tarix səhnəsindən silinə bilərdi. Onun yaratdığı güclü dövlətçilik ənənəsi gələcəkdə qələbə üçün dayaq nöqtəsinə çevrildi", - deyə A. Allahverənov vurğulayıb.

Deputat əlavə edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev isə bu təməli inkişaf etdirərək Azərbaycanı qalib dövlət səviyyəsinə qaldırdı. Onun rəhbərliyi ilə Azərbaycan iqtisadi baxımdan regionun ən güclü ölkəsinə çevrildi, ordu müasir silahlarla təchiz edildi, diplomatik müstəvidə Qarabağ həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı. Vətən müharibəsində məhz bu hazırlığın nəticəsi olaraq Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərdi. Ali Baş Komandanın dəmir iradəsi, xalqın birliyi və ordunun gücü 44 gün ərzində torpaqlarımızı azad etdi. Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” ifadəsi sadəcə şüar deyil, tarixi gerçəkliyin rəsmi möhürü oldu.

Bu gün Azərbaycan xalqı şəhidlərini böyük ehtiramla anır. Onların qanı bahasına torpaqlarımız azad edildi, milli qürurumuz bərpa olundu. Onların qəhrəmanlığı gələcək nəsillərə vəsiyyətdir: Vətəni qorumaq, dövlətinə sahib çıxmaq, milli birliyi möhkəmləndirmək. Ulu Öndər Heydər Əliyevin yaratdığı dövlətçilik irsi və Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər Azərbaycan tarixində əbədi yaşayacaq.

27 Sentyabrın Azərbaycan xalqının yaddaşına həm hüzn, həm qürur, həm də ümid dolu bir gün kimi həkk olunduğunu deyən deputat əlavə edib: “Bu tarixdə biz Vətən müharibəsinin başlanğıcını xatırlayırıq, şəhidlərimizin ruhunu anırıq, dövlətimizin gücünü və xalqımızın birliyini bir daha dərk edirik. Şəhidlərimizin müqəddəs qanı bahasına qazanılmış qələbə xalqımızın tarixində silinməz iz qoydu. Bu gün bir tərəfdən itkilərimizin hüznünü yaşadır, digər tərəfdən qürurumuzu yüksəldir, gələcəyə inamımızı möhkəmləndirir.

Vətən müharibəsi göstərdi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq, ədalətsizlik qarşısında geri çəkilməyəcək, öz haqqını sona qədər müdafiə edəcək. On illərlə düşmənin törətdiyi işğal, dağıntı və etnik təmizləməyə rəğmən, xalqımız milli iradəsini sarsıtmadı. Müharibə dövründə xalq və dövlət bir yumruq kimi birləşərək tarixi ədaləti bərpa etdi. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, müasir ordumuzun gücü, gənclərimizin fədakarlığı, şəhidlərimizin canı ilə yazılan bu səhifə, Azərbaycanın müasir tarixində ən şanlı qələbəyə çevrildi.

Bu günün ən mühüm mesajı gələcək nəsillərə ünvanlanmış müqəddəs bir çağırışdır: Azərbaycan əbədi müstəqildir, Qarabağ əbədi Azərbaycandır! Bu çağırış təkcə bir siyasi şüar deyil, tarixi gerçəkliyin, milli iradənin və şəhidlərin ruhuna sadiqliyin ifadəsidir.

27 Sentyabr həm şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram günü, həm dövlətimizin gücünün təsdiqi, həm də gələcək nəsillərə vəsiyyət olunan milli əmanətdir. Bu əmanətin əsas şüarı birdir: Şəhidlər ölməz, Vətən bölünməz, Müstəqillik dönməzdir!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

Qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu

Zəngilan filizindən molibdenin ayrılması üçün yeni metodlar sınaqdan keçirilir

Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSKLÜZİV

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO