Ankara bələdiyyəsinin sədri: Xocalı faciəsi günü insanlıq məhv edilib
Ankara, 27 fevral, AZƏRTAC
Ankara şəhər bələdiyyəsinin sədri Mansur Yavaş Xocalı soyqırımı qurbanları ilə bağlı paylaşım edib.
AZƏRTAC xəbər verir ki, bələdiyyə başçısı Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı sosial şəbəkə paylaşımında qeyd edib ki, “Xocalı faciəsi baş verən gün insanlığın vicdanı ölüb, insanlıq məhv edilib”.
“Azərbaycanlı qardaşlarımın kədərini səmimi-qəlbdən bölüşür, həlak olanları yad edirəm. Tarixin bu qara ləkəsini heç vaxt unutmağa imkan verməyəcəyik”, - deyə Mansur Yavaş paylaşımında vurğulayıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara