Ankara Böyükşəhər Bələdiyyəsinin sədri istefa verib
İstanbul, 28 oktyabr, АZƏRTAC
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Melih Gökçek vəzifəsindən istefa verib.
AZƏRTAC xəbər verir ki, M.Gökçek hələ 5 gün əvvəl öz "Twitter” səhifəsində istefa verəcəyi barədə yazmışdı. O, oktyabrın 28-də Ankara Böyükşəhər Bələdiyyəsinin Məclisində (ABBM) istefasını elan edib.
M.Gökçek ABBM-dəki son çıxışında diqqətə çatdırıb ki, bundan sonrakı fəaliyyəti Prezident Rəcəb Tayyib Ərdoğana və Ədalət və İnkişaf Partiyasına qarşı olmayacaq.
Xatırladaq ki, o, 1994-cü ildən bəri Ankara Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsində çalışırdı.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [18:22]
Bolqarıstanda arxeoloji qazıntılar zamanı tarixi bina tapılıb
- 29.10.2026 [17:43]
Aİ iqlim maliyyələşməsinə 2025-ci ildə 32 milyard avrodan çox vəsait ayırıb
- 29.10.2026 [16:39]