Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ankarada keçirilən Zirvə görüşü Türk dünyasının birliyinə mühüm töhfə oldu

Ankarada keçirilən Zirvə görüşü Türk dünyasının birliyinə mühüm töhfə oldu

Bakı, 18 mart, AZƏRTAC

Türk dünyası ilə bağlı keçirilən istənilən tədbir cəmiyyətimizdə xüsusi rəğbət hissi ilə qarşılanır. Çünki söhbət eyni dilin, ortaq milli-mənəvi və dini dəyərlərin daşıyıcısı olan xalqlardan gedir. Beynəlxalq münasibətlərin müstəqil subyekti olmağımıza rəğmən, tarixi bağlarımız dövlətlərarası əlaqələrdəki yaxınlığımızı təbii surətdə şərtləndirir. Təsadüfi deyil ki, əsrlər boyu bu yaxınlığa mane olmaq, doğma xalqlar arasına nifaq salmaq istəyən çox siyasi dairələr olub. Bu cür qüvvələr indi də var. Zaman-zaman müşahidə etdiyimiz türkofobiya, islamofobiya və ksenofobiya təzahürləri yalnız ayrı-ayrı fərdlərin cahilliyindən deyil, həm də ondan irəli gəlir ki, keçmişdə olduğu kimi, müasir dövrümüzdə də bəziləri Türk dövlətlərinin birliyini özləri üçün ciddi geosiyasi rəqib hesab edirlər. Onlar yaxşı bilirlər ki, Türk Dövlətləri Təşkilatında tarixi təməllər üzərində birləşən müstəqil ölkələrin siyasi maraqları da təbii olaraq bir-birinə bağlıdır. Təsadüfi deyil ki, martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan giriş çıxışında məhz bu bəyanatı səsləndirdi: “Birliyimiz gücümüzdür!”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ülvi Quliyev söyləyib.

Ü.Quliyev qeyd edib ki, Türk dünyasının birliyini və gücünü təcəssüm etdirən, qardaş ölkələrin daha çox yaxınlaşmasına xidmət edən və Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşündə dövlət başçılarının müzakirəsinə “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” kimi həssas bir mövzu çıxarılmışdı. Fevralın 6-da Türkiyədə ard-arda baş vermiş böyük dağıdıcı gücə malik iki zəlzələnin minlərlə insanın tələfatına, on minlərlə insanın yaralanmasına və misli görünməmiş dağıntılara səbəb olduğunu nəzərə alsaq, bu mövzu ilə bağlı yüksək səviyyəli müzakirələrin qardaş Türkiyədə hansı həssaslıqla qarşılandığını və Türkiyə ictimaiyyəti üçün nə qədər əhəmiyyətli olduğunu duymamaq, görməmək mümkün deyil. Prezident İlham Əliyevin bu təşəbbüsü Türk dünyasının birliyinə xidmət etməklə yanaşı, həm də geosiyasi maraqların toqquşduğu mürəkkəb bir dövrdə qətiyyətli siyasi mövqenin ortaya qoyulması deməkdir. Elə bu səbəbdən Türkiyə Prezidenti dövlətimizin başçısına minnətdarlığını belə ifadə etdi: “Zirvə görüşünün keçirilməsi çağırışı ilə çıxış edən Can Azərbaycanın Prezidenti cənab İlham Əliyevə şəxsən öz adımdan və millətim adından təşəkkürlərimi bildirirəm”.

Deputat xatırladıb ki, zəlzələ bölgəsində dünyanın bir çox ölkəsindən xilasedicilər qrupu iştirak etdi. Hətta Ermənistan da bu prosesə qoşulmuşdu. Amma nə yazıq ki, Ermənistan hökumətinin bu addımı öz cəmiyyətində birmənalı qarşılanmadı. Nəinki cahillikdən əziyyət çəkən sıravi vətəndaşların, hətta üzdə olan erməni siyasətçilərinin və Ermənistanda ictimai fikrə təsir edə bilən ekspert və politoloqların da insanlığa sığmayan münasibətini gördük. Onlar təbii fəlakətin məhz Türkiyədə baş verdiyinə və böyük itkilərə səbəb olduğuna görə sevinclərini gizlətmir, Türkiyənin zəifləməsindən guya nəsə qazanacaqlarını açıq şəkildə ifadə edirdilər. Çoxsaylı insan faciəsinə görə yaşanan sevinc hissini anlamaq üçün gərək, həqiqətən də, bu düşüncə sahibləri kimi xəstə olasan. Bu cür qeyri-əxlaqi münasibət bir daha ona dəlalət edir ki, türkofobiya, türkə nifrət erməni cəmiyyətində dərin kök salıb. Bu, həm də Ermənistanın qonşularına qarşı irəli sürdüyü əsassız ərazi iddialarının hansı xəstə təxəyyüldən qaynaqlandığının göstəricisidir. Bu kimi simptomlar Ermənistan rəhbərliyinin xilasedici göndərmək qərarının guya səmimi qonşuluqdan və ya humanitar yardım istəyindən irəli gəldiyini də şübhə altına alır. Bəlkə də Ermənistanın baş naziri N.Paşinyan həm də erməni cəmiyyətində yaşanan belə simptomların təsiri altında böyük səhvə yol verərək 2019-cu ildə Şuşadan bəyan etmişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Yəqin ki, elə eyni səbəbdən “yeni ərazilər uğrunda yeni müharibə” ilə bağlı hərbi doktrina da Ermənistanın hazırkı rəhbərliyi dövründə təsadüfən prioritet hədəf kimi seçilməmişdi. Amma Azərbaycan bu xam xəyalları 44 günlük Vətən müharibəsində puça çıxardı. Ona görə də Prezident İlham Əliyev Zirvə görüşündə tarixi Zəfərin ən parlaq nəticələrindən birini belə ifadə etdi: “2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanmışdır və bizim əlaqələrimiz rəsmən müttəfiqlik səviyyəsinə qaldırılmışdır”.

Vurğulanıb ki, heç şübhəsiz, Azərbaycan Prezidentinin bu mesajını həm Ermənistan hakimiyyəti, həm də ona himayədarlıq edən dairələr eşitdilər. Bir daha əmin oldular ki, onların münasibətlərindən fərqli olaraq, bu Bəyannamənin təməlində siyasi maraqlar deyil, tarixi və ortaq milli-mənəvi dəyərlərdən irəli gələn qardaşlıq həmrəyliyi və liderlərimizin iradə əzmi dayanır. Elə bu doğmalığa görə, Azərbaycanın 940 nəfər xilasedici və tibb personalından, könüllülərdən ibarət sayca ən böyük heyəti zəlzələ bölgəsinə ezam etməsi heç kimdə təəccüb doğurmamalıdır. Xilasetmə işlərinə dərhal qoşulan və fəlakət bölgəsini ən son tərk edən də Azərbaycan heyəti oldu. Dövlətimizlə yanaşı, xalqımızın ilk gündən səfərbər olması, imkan səviyyəsindən asılı olmayaraq, qardaşlarımıza bütün mənalarda dəstək verməsi doğmalıqdan və vəfa borcundan irəli gəlir. Prezident İlham Əliyev Ermənistana havadarlıq edən, adəti üzrə erməniləri “məzlum”, “əzilən”, az qala “ən fağır millət” kimi təqdim edən dairələrə, o cümlədən həqiqətləri görmək istəməyən və ya özlərini onlardan bixəbər kimi aparan Avropa parlamentarilərinin diqqətinə bu həqiqəti də çatdırdı: “2022-ci ildə Praqa və Soçidə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmamışdır. Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır”.

Deputat bildirib ki, Azərbaycan Prezidenti Zirvə görüşündə iştirak edən dövlət başçıları ilə yanaşı, beynəlxalq birliyin diqqətinə bir daha onu da çatdırdı ki, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəliyin icrasından da yayınır. Ermənistan indiyədək Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və əksəriyyəti işgəncələr altında qətlə yetirilmiş 4 minə yaxın vətəndaşımızın taleyi ilə bağlı səhih məlumatı təqdim etməkdən boyun qaçırır. Vətən müharibəsindən sonra mina partlayışı nəticəsində həlak olan, sağlamlığına ciddi xəsər yetirilən 300-ə yaxın azərbaycanlıya görə məsuliyyət də Ermənistanın üzərinə düşür. Qarabağda aşkar edilən 2021-ci il Ermənistan istehsallı minalar bir daha sübut edir ki, o, müharibə cinayətlərindən hələ də imtina etməyib. Təəssüf ki, Ermənistana himayədarlıq edən dairələrin siyasi təsiri səbəbindən Avropa Parlamenti kimi ciddi bir qurum bu həqiqətləri görmür və ya görmək istəmir. Müharibə cinayətlərinə görə Ermənistana qarşı sanksiya tətbiq etməli olduğu halda, hansısa fobiyalar üzündən Azərbaycan hədəf seçilir. Haqqın və ədalətin tərəfini tutmalı olan Avropa parlamentariləri bilməlidirlər ki, xalqımız üçün Qarabağ məsələsi qırmızı xətdir. Ermənistanın törətdiyi etnik təmizləmə cinayətləri nəticəsində 250 minə yaxın azərbaycanlı Ermənistandakı tarixi məskənlərindən didərgin salınıb, ümumilikdə isə milyona yaxın vətəndaşımız bu illər ərzində qaçqın-məcburi köçkün həyatının iztirablarını yaşamalı olub. Ermənistanın monoetnik cəmiyyətə çevrilməsinin səbəblərindən biri də elə bu cinayətləri ilə bağlıdır. Qarabağ həqiqətlərini görmək istəməyən, işğal dövründə Ermənistanın şəhər və kəndlərimizi yerlə-yeksan etməsindən, Ağdamı “Qafqazın Xirosimasına” çevirməsindən özünü bixəbər kimi aparan Avropa Parlamentində onu da bilməlidirlər ki, heç bir qərəzli qətnamə Azərbaycan xalqını haqqından və haqlı hədəflərindən çəkindirə, qırmızı xəttini dəyişməyə sövq edə bilməz. Xalqımız çox gözəl bilir ki, qərəzli qətnamələrin, siyasi şantaj və təzyiqlərin hədəfi Azərbaycan hakimiyyətidir. Bunun səbəbi, iddia edildiyi kimi, nə demokratiyadır, nə də insan haqları. Qarabağ həqiqətlərini təhrif edən ədalətsiz qətnaməni demokratik dəyərlərlə nə qədər pərdələməyə çalışsalar da, bunun səbəbi Azərbaycandan baxdıqda çox aydın görünür. Bu, kimlərinsə siyasi ambisiyasının və ya maraqlarının təmin olunmasına hesablanmış, ölkəmizə qarşı bəsit siyasi təzyiq cəhdidir. Cəmiyyətimiz milli maraqlarımızı hədəf alan bütün bu oyunları dəqiq görür və onların fəsadlarını da gözəl anlayır. Bilir ki, bu cür qərəzli yanaşmalar və qətnamələr yalnız ermənipərəst niyyətlərin gerçəkləşdirilməsinə xidmət edir. Ermənistanın ənənəvi himayədarları onların arzu və istəklərinin ziddinə olaraq, maneə və təzyiqlərinə baxmayaraq, əldə etdiyimiz tarixi Zəfərlə və bu Zəfərin altında dayanan müzəffər imza ilə barışa bilmirlər. Çünki Prezident İlham Əliyev Cənubi Qafqazda fərqli mənzərəni görmək istəyənlərin arzusunu gözündə qoyub, təkcə ermənilərin deyil, həm də erməni təəssübkeşlərinin xam xəyallarını iflasa uğradıb. Həmin dairələr birdəfəlik əxz etməlidirlər ki, qəhrəman Azərbaycan Ordusunun canı-qanı bahasına əldə olunmuş Qələbə xalqımız üçün and yeridir. Kim düşünürsə ki, qərəz və şantajla Azərbaycandan nə isə qopara biləcək, özü-özünü aldadır. Çünki milli kimliyimizi, milli qürurumuzu, milli ləyaqətimizi xilas edən Qələbə uğrunda verdiyimiz şəhidlər, tarixi Zəfərin altında dayanan müzəffər imza müəllifi Azərbaycan xalqı üçün çox doğma və əvəzsizdir. Ermənistanın və havadarlarının 44 gün ərzində gördükləri həmin Dəmir Yumruq indi daha sıx birləşib və daha möhkəmdir. Ona görə də yaxşı olardı ki, Prezident İlham Əliyevin bu xəbərdarlığından Ermənistan hakimiyyəti nəticə çıxarsın: “Beləliklə, Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır”.

Cənubi Qafqazda həqiqətən dayanıqlı sülh və əmin-amanlıq görmək istəyən, hər vəchlə vasitəçiliyə can atan dairələr nəhayət Ermənistana izah etməlidirlər ki, Azərbaycanın təklif etdiyi tarixi sülh fürsətini əldən verməsin və üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirsin. Beynəlxalq ictimaiyyəti yalan təbliğatla aldatmağa çalışan, ölkəmizi az qala təhlükə mənbəyi kimi təqdim edənlər, əslində, ona dəyər verməlidirlər ki, Prezident İlham Əliyevin Ankarada qeyd etdiyi kimi, indi Azərbaycanın bir hədəfi var: “Azərbaycan Ermənistan tərəfindən tamamilə dağıdılmış böyük ərazilərə həyatı yenidən qaytarır. Biz sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə qururuq”.

Sonda Ü.Quliyev vurğulayıb: “Himayədarlarının köməyi ilə Azərbaycanı təxribata çəkmək və ya yeni müharibəyə təhrik etməklə ölkəmizi quruculuq hədəfindən yayındırmaq istəyən Ermənistan hakimiyyəti bilməlidir ki, bu, faydasız və çox təhlükəli yoldur, nəticəsi onun üçün daha faciəvi ola bilər. Bu gerçəkliyi Ermənistanı əlində alətə çevirən və onu kənardan qızışdıran dairələr də nəzərə almalıdır. Türkofobiya qətnamə və hesabatların qəbul edilməsi üçün əsas olmamalıdır. Təəssüf ki, bu cür fobiyanın təzahürünü Avropa Parlamentinin bu günlərdə qəbul etdiyi “Aİ-Ermənistan əlaqələrinə” dair hesabatda da görmək mümkündür. Azərbaycan əleyhinə ədalətsiz qətnamədə olduğu kimi, bu hesabatda da tarixi faktlarla və beynəlxalq hüquq normaları ilə bir araya sığmayan fikirlər yer alır, 1915-ci il hadisələri ilə bağlı Türkiyəyə qarşı əsassız iddialar irəli sürülür. Xocalı soyqırımına göstərilən biganəlik fonunda bu cür ədalətsiz hesabatın qəbul edilməsi, təəssüf hissi ilə deməyə əsas verir ki, türkofobiya təkcə erməni cəmiyyətində deyil, hətta Avropa Parlamenti kimi ciddi bir qurumda da dərin kök salıb. Uydurma fobiyaları üzündən Azərbaycan və Türkiyə əleyhinə ədalətsiz və qərəzli sənədlərin qəbulunda iştirak edən parlamentarilərə Nobel mükafatı laureatı Mariya Sklodovska-Kürinin bu ibrətamiz sözlərini xatırlatmaq istərdim: “Həyatda qorxmalı olduğunuz heç nə yoxdur, sadəcə, başa düşməli olduğunuz şeylər vardır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb